Ukraynanın xarici işlər naziri: "Moskva Azərbaycanın maraqlarına zidd hərəkət edir"
Siyasət 18 Avq 2025 17:07:00 264 0
Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Rusiyanın pilotsuz təyyarələrinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Odessadakı neft bazasına endirilməsinə münasibət bildirib.
Bu xəbəri də oxu: İlham Əliyev avstriyalı həmkarını təbrik edib
"Bu gecə ruslar Odessa vilayətində SOCAR-ın neft terminallarına hücum ediblər. Bu, son həftələrdə Rusiyanın Azərbaycan dövlət şirkətinə ikinci zərbəsidir.
Moskva bunu bilərəkdən edir, Azərbaycanın maraqlarına zidd hərəkət edir.
Bu, bir daha Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəsinin vacibliyini, eləcə də bu cür hücumlara müvafiq diplomatik və hüquqi cavab verilməsinin vacibliyini nümayiş etdirir", - nazir "X" sosial şəbəkə səhifəsində yazıb.
Qeyd edək ki, 2025-ci il avqustun 18-nə keçən gecə Odessa vilayətində SOCAR-ın neft bazası Rusiyanın "Shahed" pilotsuz təyyarələrinin kütləvi hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, hücum bir sıra birbaşa zərbələr və yanğınla nəticələnib. Su anbarlarına, nasos stansiyasının binasına, operator və texniki otaqlara, həmçinin əsas hasara ziyan dəyib.
Neft anbarlarının ümumi həcmi 16 min kubmetrdən çoxdur. Hazırda dəymiş ziyanın miqyasının müəyyən edilməsi üçün ekspertizanın qiymətləndirilməsi, habelə təcili bərpa işləri aparılır.
Bu, artıq obyektə ikinci irimiqyaslı hücumdur. Bundan əvvəl, avqustun 8-də həmin neft bazasında qismən dağıntılara səbəb olan ona yaxın dron buraxılıb.
Faktla bağlı cinayət işi açılıb.
Çinli YouTuber Sinq pişikləri üçün metro sistemi quraraq sosial şəbəkə
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiy
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ginekoloq Kəmalə Quliyevanın so
Bu il sentyabrın 1-dən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbayca
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində dələduz
Kembric lüğətinin yenilənmiş versiyasına "Skibidi", "tradwi
"Dalyan" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin ə
İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri başlayıb.
Cənubi Qafqazın diplomatik səhnəsi son aylar çoxölçülü strateji platfor
Gəncəyə yeni hərbi prokuror təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsraili
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı
Yasamal rayonunda bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən na
