Azərbaycanlı turistlər pulu nəyə xərcləyir? ARAŞDIRMA


Digərləri 18 Avq 2025 22:00:00 121 0

Azərbaycanlı turistlər pulu nəyə xərcləyir?  ARAŞDIRMA

Bu ilin I yarısında Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki turizm xərcləri 953 milyon manat təşkil edib.

Son.az report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,6 % azdır.

Yanvar-iyun aylarında ən çox vəsait nəqliyyata xərclənib. 6 ay ərzində azərbaycanlı turistlərin nəqliyyat xərcləri 344,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,5 % çoxdur. Artım əsasən aviabiletlərin bahalaşması ilə bağlı ola bilər.

Əvəzində hesabat dövründə turistlərimizin yerləşmə xərcləri azalıb. Bu məqsədlə 224,1 milyon manat xərclənib ki, bu da illik müqayisədə 4,1 % azdır. Bu azalma alternativ, sərfəli yaşayış yerlərindən istifadə ilə bağlı ola bilər.

I yarımildə qidalanmaya çəkilən xərclər isə 188 milyon manat təşkil edib. Bu sahədə 0,4 % azalma qeydə alınıb.

Azərbaycan vətəndaşları xaricdə alış-veriş və hədiyyələr üçün isə 151 milyon manat sərf edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,1 % azdır.

Vətəndaşlarımız turpaketlərin alınmasına isə 25,6 milyon manat xərcləyib. Bu sahədə 1 il əvvəllə müqayisədə 4,4 % artım qeydə alınıb. Bu isə turpaketlərin populyarlığının artmasından xəbər verir.

Azərbaycanlı turistlərin idman və əyləncə xərcləri isə 8,4 % artaraq 6 milyon manata çatıb, mədəniyyət xərcləri isə 36 % azalaraq 2,5 milyon manata düşüb. Belə demək mümkünsə, insanlar muzey, teatr və digər mədəni obyektləri idman və əyləncə obyektləri ilə əvəzləyir.

Yanvar-iyun aylarında nəqliyyat vasitələrinin icarəsinə isə 1,6 milyon manat xərclənib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,5 % azdır.

Turistlərin digər xərcləri isə 26 % azalma ilə 9 milyon manat təşkil edib.

Vətəndaşlarımızın ayrı-ayrı ölkələrdə turizmə xərclədikləri vəsaitlərə gəlincə isə 6 ay ərzində Türkiyədə 366,3 milyon manat xərclənib. Bu, illik müqayisədə 1,4 % azdır. Bu ölkədə ən böyük xərc nəqliyyat və yerləşməyə çəkilib. Nəqliyyat xərcləri 3,6 % azalma ilə 115,6 milyon manat, yerləşmə xərcləri isə 5,9 % azalma ilə 84,1 milyon manat olub. Hesabat dövründə Türkiyədə qidalanmaya 64 milyon manat (7,7 % çox), mədəniyyətə 0,6 milyon manat (68,6 % az), turpaketlərə 17 milyon manat (1,5 % az), nəqliyyat vasitələrinin icarəsinə 758 min manat (3,5 % az), idman və əyləncəyə 2,1 milyon manat (2 % çox), mallara və hədiyyələrə 78,9 milyon manat (3,8 % çox), digər məsələlərə isə 3,2 milyon manat olmaqla (27 % az) xərclənib.

I yarımildə Rusiyada isə Azərbaycan vətəndaşlarının xərcləri 163,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 32,8 % azdır. O cümlədən, nəqliyyata 59,2 milyon manat (24,8 % az), yerləşməyə 43,2 milyon manat (33,6 % az), qidalanmaya 34,2 milyon manat (37,3 % az), mədəniyyətə 0,6 milyon manat (25 % az), turpaketlərə 1,1 milyon manat, nəqliyyat vasitələrinin icarəsinə 0,2 milyon manat (25 % az), idman və əyləncə 0,9 milyon manat (48 % az), alış-verişə 23 milyon manat (38,8 % az), digər məsələləri isə 1,5 milyon manat (62 % az) xərclənib.

Yanvar-iyun aylarında Birləşmiş Ərəb Əmirliklərində isə vətəndaşlarımızın turizm xərcləri 113,8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % çoxdur. O cümlədən, nəqliyyata 47,2 milyon manat (16 % çox), yerləşməyə 26,8 milyon manat (14,7 % çox), qidalanmaya 25,9 milyon manat (15 % çox), mədəniyyətə 346 min manat (dəyişməyib), turpaketlərə 1,5 milyon manat (26,7 % çox), nəqliyyat vasitələrinin icarəsinə 150 min manat (14,2 % çox), idman və əyləncəyə 1 milyon manat (64,5 % çox), alış-verişə 9,9 milyon manat (31 % az), digər məsələlərə də 1 milyon manat (14,3 % çox) xərclənib.

Xatırladaq ki, bu ilin I yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % azalaraq 988,2 min nəfər olub. Ölkə vətəndaşlarının 38,1 %-i Türkiyəyə, 16,7 %-i Rusiya, 11,1 %-i Gürcüstana, 10 %-i İrana, 24,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66 %-ni kişilər, 34 %-ni qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 14,2 %, Gürcüstana gedənlərin sayı 25,3 % artıb, Türkiyəyə gedənlərin sayı 4,3 %, Rusiyaya gedənlərin sayı isə 24,6 % azalıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son 1 ildə Azərbaycan vətəndaşlarının xarici turizm davranışlarında dəyişikliklər baş verib. İnsanların ümumi xərcləri cüzi azalsa da, istiqamətlər üzrə fərqlər dərinləşib. Türkiyə lider mövqeyini qoruyur, Rusiyada isə həm səfərlərin sayı, həm də xərclər kəskin şəkildə azalıb. Əvəzində Birləşmiş Ərəb Əmirliklərində xərclər artıb. Gürcüstan və İrana səfərlərin çoxalması isə regiondaxili turizmin canlandığını göstərir.

Ümumilikdə, Azərbaycan vətəndaşları 2025-ci ilin ilk yarısında daha çox gündəlik tələbat və əyləncəyə pul ayırıblar. Mədəniyyət və digər əlavə xidmətlərə isə əvvəlki qədər vəsait xərclənməyib. Bu, həm iqtisadi reallıqlar, həm də turist davranışlarının dəyişməsi ilə bağlıdır. Son.az 

Atəşkəs zəruri deyil – Tramp like
  • 18 Avq 21:51  
Dünya Atəşkəs zəruri deyil – Tramp

Ağ evdəki görüş zamanı jurnalist Trampdan atəşkəsin əldə olunmaması

arrow Ətraflı
Zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər like
  • 18 Avq 21:33  
Siyasət Zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Tramp: Zelenski indi müharibəni bitirə bilər like
  • 18 Avq 21:28  
Dünya Tramp: Zelenski indi müharibəni bitirə bilər

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evin

arrow Ətraflı
Zelenski Trampa təşəkkür etdi like
  • 18 Avq 21:25  
Digərləri Zelenski Trampa təşəkkür etdi

21:25 Oval Ofisdə Donald Trampın yanında əyləşən Ukrayna prezidenti Vo

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 18 Avq 20:50  
Digərləri Azərbaycanda zəlzələ oldu

Bərdə stansiyasından 32 km şimalda, Tərtər rayonunda zəlzələ qeydə al

arrow Ətraflı
İran bu ölkələrlə sərhədə 130 kilometrlik divar çəkdi like
  • 18 Avq 20:47  
Digərləri İran bu ölkələrlə sərhədə 130 kilometrlik divar çəkdi

İranın daxili işlər naziri İskəndər Mümini Əfqanıstan və Pakistanın

arrow Ətraflı
Bu vərdişlər dişlərinizi məhv edir  Açıqlama like
  • 18 Avq 20:25  
Digərləri Bu vərdişlər dişlərinizi məhv edir Açıqlama

Stomatoloq gündəlik vərdişlərin dişlərə ciddi zərər verə biləcəyini

arrow Ətraflı
Anasının həbsindən sonra Aysunun bu görüntüləri yayıldı  VİDEO like
  • 18 Avq 20:13  
Şou-biznes Anasının həbsindən sonra Aysunun bu görüntüləri yayıldı VİDEO

Anası Rəqsanə İsmayılova haqda 4 aylıq həbs qəti imkan tədbiri seçilə

arrow Ətraflı
Qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqlar haqqında qərar verildi like
  • 18 Avq 20:01  
Digərləri Qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqlar haqqında qərar verildi

Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullaye

arrow Ətraflı
Rusiyada tanınmış azərbaycanlı iş adamı həbs edildi like
  • 18 Avq 19:58  
Digərləri Rusiyada tanınmış azərbaycanlı iş adamı həbs edildi

Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, "Al

arrow Ətraflı
Paşinyan: Avqustun 8dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq like
  • 18 Avq 19:50  
Siyasət Paşinyan: Avqustun 8dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciət edərək, Er

arrow Ətraflı
Yorğun hiss edirsinizsə ilk növbədə bunu yoxladın like
  • 18 Avq 19:41  
Digərləri Yorğun hiss edirsinizsə ilk növbədə bunu yoxladın

Endokrinoloq qalxanabənzər vəzi xəstəliklərinin əlamətlərini açıqlay

arrow Ətraflı
"Biz həm bu gün, həm də gələcəkdə revanş cəhdlərini qətiyyətlə rədd etdik" like
  • 18 Avq 19:21  
Siyasət "Biz həm bu gün, həm də gələcəkdə revanş cəhdlərini qətiyyətlə rədd etdik"

"Vaşinqtonda biz qarşılıqlı öhdəlikləri qeydə aldıq - bunlar döv

arrow Ətraflı
Paşinyan Azərbaycan və Ermənistan arasında anklavlar məsələsindən danışıb like
  • 18 Avq 19:19  
Siyasət Paşinyan Azərbaycan və Ermənistan arasında anklavlar məsələsindən danışıb

"Son on gün ərzində tez-tez belə suallar eşitmişəm: əgər Ermənist

arrow Ətraflı