Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır
Dünya 15 Mar 2025 00:13:00 394 0
"Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır."
Bu xəbəri də oxu: "Siyasətlə evi istimək mümkün deyil"
Son.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.
"Dünən biz Putinin bəyanatlarını eşitdik. O, açıq şəkildə bəzi şərtlər irəli sürür ki, bu da onun heç bir atəşkəs istəmədiyini göstərir. Ona müharibə lazımdır. Bu, həmişə bəlli olub və indi də göz qabağındadır", - Zelenski bildirib.
Zelenski həmçinin Putinin döyüş meydanındakı real vəziyyət barədə, itkilər barədə, ölkə iqtisadiyyatının real vəziyyəti barədə yalan danışdığını və diplomatiyanın iflasa uğraması üçün əlindən gələni etdiyini deyib.
"Putin bu müharibədən çıxa bilməz, çünki çıxsa o zaman onun heç nəyi qalmayacaq", - deyə Zelenski bildirib.
Zelenskinin fikrincə, məhz buna görə də Putin diplomatiyanı sabotaj etmək üçün mümkün olan hər şeyi edir. Çünki o əvvəldən, hətta atəşkəsdən əvvəl də son dərəcə çətin və qəbuledilməz şərtlər qoyurdu.
"Putin Minskdə etdiyi kimi hamını sonsuz müzakirələrə sürükləməyə çalışacaq, ordusu insanları öldürməyə davam etdiyi halda özü mənasız danışıqlara günlər, həftələr və aylar sərf edəcək. Putinin irəli sürdüyü hər bir şərt sadəcə olaraq diplomatiyaya mane olmaq cəhdidir. Rusiya belə işləyir. Biz də bu barədə xəbərdarlıq etmişdik", - Zelenski deyib. /APA Son.az
ABŞ-ın Kolorado ştatının Denver hava limanında ekstremal vəziyyət yaran
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Yayda qiyməti düşən iki maşın modeli
Təcrübəli ev xanımları adətən noxudu bişirməzdən əvvəl 8-10 saat ər
Fransa prezidenti Emmanuel Makron özbək türkcəsində danışıb.
Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Osta
Suriyanın yeni lideri Əhməd əl-Şaraa Konstitusiya layihəsini imzalayıb.
Martın 14-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayın
Bir neçə gündür ki, "Bakı Metropoliteni"nin "28 May" st
"Volodya (Ukrayna prezidenti Volodimir Zelenski - red.) mənim üçün oğu
BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanın sülh sazi
Azəbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Naiq Yu
Anqola Respublikasının Azərbaycanla əvvəldən çox gözəl əlaqələri var
Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çi
