Arif Əbdüloğlu vəfat etdi
Digərləri 20 Avq 2025 12:47:00 65 0
Azərbaycan ədəbiyyatının təmkinli və səmimi səsi, öz yaradıcılığı ilə milli ruhu və vətən sevgisini qələmə alan şair, yazıçı və publisist Arif Əbdüloğlu (Arif Əbdül oğlu İsmayılov) vəfat edib.
Bu xəbəri də oxu: "Ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib"
Modern.az-ın məlumatına görə, o, ötən gün 86 yaşında dünyasını dəyişib.
1939-cu ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində anadan olan Arif Əbdüloğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almış, universitet qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. İlk şeirləri 1960-cı ildə xalq şairi Bəxtiyar Vahabzadənin tərtib etdiyi "Aprel çiçəkləri" almanaxında çap olunmuşdur. 1963-cü ildə Zaqatalada çıxan rayonlararası "Qırmızı bayraq" qəzetində işə başlamış, sonrakı illərdə "Sovet kəndi", "Həyat" qəzetlərində çalışmışdır. Arif Əbdüloğlu Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı, cənab Prezident İlham Əliyevin 21 iyul 2025-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. Uzun illər mətbuatda jurnalist kimi çalışan Arif Əbdüloğlu həm poeziya, həm də publisistika sahəsində özünəməxsus iz qoymuşdur.
Onun yaradıcılığında vətənə, doğma torpağa bağlılıq, milli dəyərlərə hörmət, insan duyğularının sadə və dərin təzahürləri əsas yer tutur. Xalqın gündəlik həyatını, Azərbaycanın tarixini və ənənələrini şeir və nəsr nümunələrində sevgi və ehtiramla əks etdirən şair, milli ruhun daşıyıcılarından biri kimi ədəbi ictimaiyyətin hörmətini qazanmışdır.
Arif Əbdüloğlunun ədəbi irsində oçerklər, publisistik yazılarla yanaşı, poetik nümunələr də mühüm yer tutur. Onun 2019-cu ildə nəşr olunmuş "Vətəndir sevdiyim, sevildiyim yer", eləcə də 2024-cü ildə işıq üzü görmüş "Bütövləşən vətənim" kitabları oxucular tərəfindən böyük maraqla qarşılanmış, xüsusilə Vətən müharibəsi mövzusu, xalq qəhrəmanlarının igidliyi poetik duyğularla tərənnüm edilmişdir.
Onun yaradıcılığı sadə, anlaşıqlı dili ilə yanaşı, insanlıq, vətənpərvərlik və səmimiyyətin harmoniyasını əks etdirir. Arif Əbdüloğlu yalnız şair deyil, həm də xalqın səsi, milli-mənəvi dəyərlərin qoruyucusu kimi ədəbiyyat tarixində öz layiqli yerini tutmuşdur.
Azərbaycan ədəbi ictimaiyyəti böyük bir ziyalısını itirmişdir. Arif Əbdüloğlu həm təvazökar insan, həm də ustad sənətkar kimi yaddaşlarda qalacaq. Onun qələmi Azərbaycan ədəbiyyatında uzun müddət yaşayan, əbədi yaşanan səmimiyyət və vətən sevgisi simvolu olaraq qalacaqdır.
Allah rəhmət eləsin.
İstanbulun Esenyurt rayonunda azərbaycanəsilli 58 yaşlı Olqa Aydın yaşad

Xətai rayonu ərazisində 60 yaşlı Firdovsi Həsənovun kəsici alətlə qət

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyal

Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova qızı Yeganə Aslanovanı polis

ABŞ prezidenti Donald Tramp açıqlamasında səlahiyyət müddətində üçün

Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurası

Müğənni bacılar Sevil və Sevinc Səfərova sosial media hesablarında illə

Kemerovo şəhərində yerləşən "Laplandiya" ticarət mərkəzində

Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri və marşrutlarını

London - Düşənbə marşrutu üzrə uçuş həyata keçirən "NOMAD AVIAT

Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmi

MİQ üzrə müsabiqənin digər mərhələsi avqustun 22-dən həyata keçiril
