Türkiyənin vergi rekordçusu odur
Digərləri 20 Avq 2025 21:29:00 103 0
Türkiyədə 2024-cü ilə dair ən çox gəlir vergisi ödəyən şəxs, ixracat gəlirləri ilə tanınan Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar oldu.
Bu xəbəri də oxu: MİQ üzrə daha min vakant yer təqdim ediləcək
Gəlir İdarəsi Başqanlığı (GİB) 2024 vergitutma dövrünə dair ən çox gəlir vergisi ödəyən mükəlləflərin siyahısını açıqlayıb. Siyahının zirvəsində müdafiə sənayesində öncül işləri ilə tanınan Selçuk Bayraktar yer alıb.
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bayraktar 2 milyard 767 milyon 587 min 718 lirə gəlir vergisi ödəyərək Türkiyənin ən çox vergi ödəyən şəxsi olub. Onu qardaşı Lütfü Haluk Bayraktar izləyib. O, 2 milyard 528 milyon 619 min 921 lirə vergi ödəyərək siyahıda ikinci yerdə qərarlaşıb.
Siyahının üçüncü sırasında adının açıqlanmasını istəməyən bir mükəlləf yer alıb. Dördüncü sırada iş adamı Mustafa Rahmi Koç 757 milyon 755 min 302 lirə vergi ilə qərarlaşıb. Mehmet Ömer Koç isə 356 milyon 169 min 109 lirə ilə 12-ci sırada yer alıb. İlk 10-luqda diqqət çəkən digər ad isə Erman Ilıcak olub - o, 372 milyon 720 min 505 lirə vergi ödəyərək 10-cu sırada yer alıb. Bir çox mükəlləfin isə adının açıqlanmasını istəmədiyi bildirilib.
2024-cü il üçün Türkiyə üzrə ümumilikdə 5 milyon 132 min 895 mükəlləf gəlir vergisi bəyannaməsi təqdim edib. Bu bəyannamələrlə 1 trilyon 407 milyard 889 milyon 486 min 11 TL gəlir bəyan olunub. Bu məbləğ üzərindən 418 milyard 465 milyon 820 min 799 TL gəlir vergisi hesablanıb.
Ən çox vergi ödəyən ilk 100 mükəlləfin şəhərlərə görə bölgüsü də açıqlanıb. Nəticələr belədir:
İstanbul - 75 mükəlləf
Ankara - 10 mükəlləf
İzmir - 6 mükəlləf
Qaziantep - 5 mükəlləf
Eskişehir - 2 mükəlləf
Bursa - 1 mükəlləf
Karabük - 1 mükəlləf
Ümumilikdə Türkiyə üzrə hər bir mükəlləf orta hesabla 274 min 288 TL gəlir bəyan edib, bunun üzərindən orta hesabla 81 min 526 TL vergi tutulub. Lalə Qüdrətova Son.az
Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Daşbulaq və Badara yaşayış məntə

Azərbaycanda 2025-ci ilin II rübündə tikinti-quraşdırma işlərində isteh

SSRİ-nin dağılmasından bəri andlı düşmən olan iki keçmiş sovet respub

Cari il mart ayının 20-də Qazax rayon sakini 2004-cü il təvəllüdlü Sadı

İnstaqramda özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən Sə

Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magi

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı "Elastik" barıt

Azərbaycanda daha 256 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır ş

Alimlər xəbərdarlıq ediblər ki, gələcəkdə insanlar saçsız qala və m

Aparıcı Xoşqədəm Hidayətqızı işdən çıxartdığı əməkdaşından da

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) 2025-ci il avqustun 12-də iş tək

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi dəyi

Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarl

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə
