Hökumənin ailəsi də Kəlbəcərə köçdü
Digərləri 21 Avq 2025 15:30:00 92 0
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər. Dövlət başçısı və birinci vitse-prezident şəhərdə 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Bu xəbəri də oxu: Şəmkirdə 20 nəfər dönərdən zəhərləndi
Modern.az-ın məlumatına görə, Kəlbəcərə köç edənlər arasında Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi də var.
Onlar yaşayış kompleksində evlə təmin olunublar.
Məlumatı saytımıza açıqlamasında Hökumənin atası Cəlil Alıyev təsdiqləyib. O, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəsi adından təşəkkür edib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
Hökümə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşüblər. Onlar Samux rayonunda yaşayırdılar.
Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirin

Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində

Azərbaycanla Pakistanın tərəfdaşlığı artıq sadəcə diplomatik jestlər

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və biri

"Mən yox, bu utancı onlar yaşamalıdır”

Müğənni Rəqsanə İsmayılovanın qəfil həbsi gündəmin əsas mövzular

Rusiya və işğal altındakı Ukrayna ərazilərində yanacaq çatışmazlığ

Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin "1003-Ça

Rusiya Ukraynaya hava hücumu həyata keçirib, zərbələrdən biri ABŞ-yə m

"Etalon" hospitalda liposaksiya (bədənşəkilləndirmə) əməliyyat

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır.

Laçın şəhərində kanat yolu yəqin ki, gələn il hazır olacaq.

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
