Əməliyyat zamanı qeyrietik görüntüləri yayılan "həkim" DANIŞDI
Digərləri 22 Avq 2025 15:28:00 75 0
Bakıda liposaksiya prosesinin qeyri-etik görüntüləri ilə gündəmə gələn Gülbadə Abdullayeva açıqlama verib.
Bu xəbəri də oxu: Rauf İbrahimovun oğlu faciəli şəkildə öldü
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, G.Abdullayeva yayılan videogörüntülərin həmkarları ilə zarafat məqsədilə çəkildiyini bildirib:
"Uğurlu əməliyyatımın nəticəsində oynayıb-gülmüşük. Öz həmkarlarımız arasında çəkilmiş videodur. Heç bir antisanitar vəziyyət olmayıb, həmin pasiyentin sağlamlığı ilə bağlı da problem yaranmayıb".
Onun sözlərinə görə, videonu özü paylaşmayıb və məsələ ilə bağlı şikayətçidir:
"Məni cəmiyyətin gözündən salmaq üçün saç ustası kimi təqdim etdilər, bunlar yalandır. Ali təhsilimi Avropa ölkəsində almışam, lakin Azərbaycanda təsdiq olunmayıb. "UĞUR Estetik Mərkəzi 777"də çalışdığım zaman lisenziya yox idi, buna görə də fəaliyyətimi dayandırdım".
Abdullayeva həmçinin 11 ildir estetik cərrah kimi çalışdığını, son 4 ildə isə adıçəkilən mərkəzdə fəaliyyət göstərdiyini deyib. Onun iddiasına görə, sosial şəbəkələrdə yayılan görüntülər 5 ay əvvəl çəkilib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, Gülbadə Əliqismət qızı Abdullayevanın adı nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Aparılan araşdırma nəticəsində məlum olub ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus "UĞUR Estetik Mərkəzi 777" lisenziya olmadan fəaliyyət göstərir. Nazirlik məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, sözügedən görüntülər avqustun 19-da yayılıb.
Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikin

2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilind

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Ə

Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-ç

Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kim

Əməkdar artist Nailə İslamzadə formada qalma sirrini izləyiciləri ilə b

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prez

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin va

Avqustun 22-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində

Cəmi 5 il əvvəl Cənubi Qafqazda sülh ideyası uzun müddət reallıqdan ço

Azərbaycanda yumurtanın qiyməti qalxıb.

ABŞ kommersiya məqsədilə ölkəyə gəlmək istəyən xarici yük maşını

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan D
