Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 22 Avq 2025 16:12:00 205 0
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Son.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında 2025-ci il avqustun 8-də tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə Sizi ürəkdən təbrik etməkdən məmnunluq duyuram. Bu, Qafqaz regionunda uzun illər davam edən münaqişənin sona çatdırılması istiqamətində yeni mərhələni əks etdirən mühüm addımdır.
Sizin müdrik rəhbərliyiniz və sülhə nail olmaq istiqamətində göstərdiyiniz güclü iradə bu qeyri-adi uğura gətirib çıxarmış, bölgədə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə mühüm töhfə vermişdir. Siz dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa sadiqliyinizi nümayiş etdirməklə münaqişələrin həllində örnək sayıla biləcək bir model ortaya qoymusunuz.
Azərbaycan xalqına daimi inkişaf və rifah arzularımızı ifadə edir, bu tarixi nailiyyət fonunda ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənəcəyinə ümid bəsləyirik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bizim bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşl
Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub.
Azərbaycanlı "Tiktoker"ə ağır itki üz verib.
Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka bö
Bakıda liposaksiya prosesinin qeyri-etik görüntüləri ilə gündəmə gələ
Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikin
2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilind
Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək
Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Ə
Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-ç
Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kim
Əməkdar artist Nailə İslamzadə formada qalma sirrini izləyiciləri ilə b
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prez
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin va
