İsveçrədə KOBİAnın təşəbbüsü ilə Bakı İqlim Koalisiyasının təqdimatı keçirilib


Digərləri 23 Avq 2025 10:28:00 74 0

İsveçrədə KOBİAnın təşəbbüsü ilə Bakı İqlim Koalisiyasının təqdimatı keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri İsveçrənin Cenevrə şəhərində səfərdə olub. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuş səfər zamanı KOBİA tərəfindən İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası (SACCI) və İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) üçün "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"yə dair təqdimatlar keçirilib.

Təqdimatlar zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində Agentliyin irəli sürdüyü və qlobal müstəvidə KOB-ların yaşıl hərəkatının yaradılması məqsədini daşıyan bəyannaməyə dair məlumat verib. "KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"nin məqsəd və hədəflərinə dair KOBİA-nın təqdimatında isə qeyd edilib ki, bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Artıq sözügedən bəyannaməyə 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub. Həmçinin, təqdimatlar zamanı Bakı İqlim Koalisiyası çərçivəsində görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.

SACCI, JCC və İsveçrə Alternativ Maliyyələşmə Səhmdar Cəmiyyəti (SAFAG) Bakı İqlim Koalisiyasını dəstəklədiklərini bildirib, bəyannaməyə qoşulmalarına dair anlaşma memorandumlarını imzalayıblar. Sənədlərdə KOB-ların yaşıl keçidinə dəstək və bu istiqamətdə tədbirlərin təşkili, iqtisadi əməkdaşlıq, ticarət, investisiya imkanları və yaşıl təşəbbüslərə dair məlumat mübadiləsi, əməkdaşlığın təşviqi kimi məsələlər nəzərdə tutulur.

KOBİA heyəti səfər zamanı BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyas, Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktorunun müavini Doroti Tembo və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Sahibkarlıq şöbəsinin müdiri Arlet Verploeq ilə görüşlər keçirib. Görüşlərdə iş adamlarının iştirakı ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsinə, KOB-ların inkişafına və yaşıl keçidinə dair fikir mübadiləsi aparılıb.

3 deputatın övladı TƏLƏBƏ OLDU like
  • 23 Avq 10:10  
Digərləri 3 deputatın övladı TƏLƏBƏ OLDU

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəss

arrow Ətraflı
Zelenski Trampın şərtləri ilə razılaşacaq? like
  • 23 Avq 09:40  
Dünya Zelenski Trampın şərtləri ilə razılaşacaq?

ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukrayna ilə bağlı münaqişənin h

arrow Ətraflı
Bu ixtisasın keçid balı 683 olub like
  • 23 Avq 09:32  
Digərləri Bu ixtisasın keçid balı 683 olub

Ötən gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.

arrow Ətraflı
Bu qadın “Tiktok”da vətəndaşları aldadırmış  DİN FOTOsunu yaydı like
  • 23 Avq 09:14  
Digərləri Bu qadın “Tiktok”da vətəndaşları aldadırmış DİN FOTOsunu yaydı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə

arrow Ətraflı
Sevincli xəbərlər gözləyən 5 bürc like
  • 23 Avq 08:08  
Digərləri Sevincli xəbərlər gözləyən 5 bürc

Astroloqların proqnozlarına görə, bu gün ərzində bəzi bürclər müsbət

arrow Ətraflı
Açıq havada kempinqə üstünlük verənlərə XƏBƏRDARLIQ like
  • 23 Avq 07:07  
Digərləri Açıq havada kempinqə üstünlük verənlərə XƏBƏRDARLIQ

İstirahət üçün rayonlara üz tutanların bəziləri təhlükəli ərazilər

arrow Ətraflı
Kranın üzərində saxlanılan yaş bezlər təhlükəlidir  eşidən dərhal zibilə atır like
  • 23 Avq 06:06  
Digərləri Kranın üzərində saxlanılan yaş bezlər təhlükəlidir eşidən dərhal zibilə atır

Mətbəxdə diqqət yetirmədiyiniz kiçik bir vərdiş sağlamlığınız üç

arrow Ətraflı
Manqo şəkər xəstələri üçün zərərli deyilmiş  Yeni araşdırma ümid verir like
  • 23 Avq 05:05  
Digərləri Manqo şəkər xəstələri üçün zərərli deyilmiş Yeni araşdırma ümid verir

İllərdir 2-ci tip şəkər xəstələri üçün təhlükəli hesab edilən man

arrow Ətraflı
Su altında qalan şəhərdən izlər like
  • 23 Avq 04:04  
Dünya Su altında qalan şəhərdən izlər

Misirin İsgəndəriyyə sahillərində aparılan arxeoloji araşdırmalar zaman

arrow Ətraflı
Payız 2025in dəbli rəngləri açıqlandı like
  • 23 Avq 02:02  
Digərləri Payız 2025in dəbli rəngləri açıqlandı

Moda dünyası 2025-ci ilin payız mövsümündə trendləri müəyyənləşdir

arrow Ətraflı
Türk reperə silahlı hücum: Xəstəxanaya yerləşdirildi like
  • 23 Avq 00:42  
Şou-biznes Türk reperə silahlı hücum: Xəstəxanaya yerləşdirildi

Repçi Emirhan Çakal, Tekirdağın Hayrabolu rayonunda keçirilən 33-cü Gün

arrow Ətraflı
Tramp Rusiyaya iki həftə vaxt verdi like
  • 23 Avq 00:41  
Dünya Tramp Rusiyaya iki həftə vaxt verdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı m

arrow Ətraflı
Putinin sülh üçün Ukraynadan 4 tələbi üzə çıxdı like
  • 23 Avq 00:25  
Dünya Putinin sülh üçün Ukraynadan 4 tələbi üzə çıxdı

ABŞ Prezidenti Donald Tramp ilə Vladimir Putin arasında 15 avqustda Alyaskada

arrow Ətraflı
208 nəfər imtahan vermədən tələbə oldu like
  • 23 Avq 00:11  
Digərləri 208 nəfər imtahan vermədən tələbə oldu

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun

arrow Ətraflı