Azərbaycanda minalara aid yeni xəbərdaredici lövhələr quraşdırılacaq
Digərləri 23 Avq 2025 14:40:00 314 0
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) xəbərdaredici (maarifləndirici) lövhələrin quraşdırılması işləri ilə əlaqədar tender elan edib.
Bu xəbəri də oxu: Ölüləri qəbirdən çıxarıb geyindirir və şəkil çəkdirirlər
Son.az xəbər verir ki, sözügedən lövhələrin quraşdırılması ilə bağlı bir neçə şərt müəyyənləşdirilib.
Belə ki, 1400 ədəd uzunluğu 3,5 metr (3500 mm), diametri 75 mm, sac qalınlığı 3,5 mm olan, korroziya əleyhinə boya (antipas) ilə yüksək keyfiyyətlə işlənmiş və gümüşü boz rəngdə boyanmış borular alınacaq.
Eyni zamanda ölçüləri 180x120sm olan mina xəbərdaredici (maarifləndirici) lövhə üçün istifadə olunan materiallar aşağıdakı kimi müəyyənləşdirilib:
Lövhənin çərçivəsi qaramtıl profillərdən (40x20mm) hazırlanır, metal profil antipasla və gümüşü boya ilə rənglənir. Profil üzərinə 18 mm qalınlığında dikt şrupla bərkidilir. Diktin üzərinə isə xüsusi xəbərdaredici şəkillər olan vinil materialdan üz çəkilərək stepler ilə bərkidilir və kənarları sinklənmiş bucaq yaşmaqla bağlanır (müxtəlif şəkillər və mövzu yazılmış üzlüyün çapı daxil). Hər bir lövhə basdırılan iki ədəd dayağa (borular) bolt vasitəsiylə bərkidilir. Xəbərdaredici lövhənin yerdən hündürlüyü 1,6 m təşkil etməlidir.
Agentlik hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.
ANAMA xəbərdaredici (maarifləndirici) lövhələrin konkret olaraq hansı ərazilərdə quraşdırılacağını açıqlamasa da, görüləcək işlərin ümumilikdə 679,6 min manata başa gələcəyini proqnozlaşdırıb.
Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ABŞ-ın keçmiş
Bu həftə ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən
Kür çayında balıq və digər su bioloji resurslarının məhv olması faktı
Tərtərdə baş verən qəza zamanı 3 nəfər xəsarət alıb.
İşğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlam
İçərişəhər ərazisində yaşayan bir qrup sakin oradakı parkinq problemin
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Ə
Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli Türkiyənin Eskişeh
Bir çox insanlar sunami zamanı sualtı qayıqların ən etibarlı sığınacaq
Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
Bu gün səhər saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində 45
"Teşkilat" serialında sonuncu dəfə ekranlara çıxan Ebru Nil Ayd
Gürcüstan minilliklər boyu sadəcə bir ərazi yox, sivilizasiyalar dəhlizi
Avqust ayının 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində
