Kredit kartları ilə bağlı sərt QAYDALAR


Digərləri 24 Avq 2025 17:35:00 66 0

Kredit kartları ilə bağlı sərt QAYDALAR

Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırılıb. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum beş misli qədər olacaq. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bəs bu qərar vətəndaşlara, banklara necə təsir edəcək?

Son.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Borclanmanın artması inflyasiyanı qidalandıra bilər"

Maliyyə məsələləri üzrə konsultant, Bakı Mühəndislik Universitetinin Maliyyə və mühasibat kafedrasının baş müəllimi Elmin Nemətlinin sözlərinə görə, istehlak kreditləri istər bank aktivlərinin, istərsə də bankların kredit portfelinin mühüm hissəsini təşkil edir: "30 iyun 2025-ci il tarixinə istehlak kreditlərinin (ipoteka kreditləri istisna olmaqla) ümumi həcmi 8 milyard 898 milyon təşkil edib ki, bu da icmal bank aktivlərinin 15.7 faizi deməkdir. Müvafiq göstəricilər 2024-cü il 30 iyun tarixinə 7 milyard 634 milyon manat və 15.2 faiz təşkil edib. İstehlak kreditlərinin həcmi təkcə son altı ayda 453.30 milyon manat artıb. Bu göstərici son bir ildə 1 milyard 264 milyon, son beş ildə isə 4 milyard 958 milyon manat təşkil edib. Azərbaycanda hazırda 2 118 498 ədəd kredit kartı mövcuddur. Beş il əvvəl bu rəqəm 1 203 158 ədəd idi. Hər yeni kredit kartı vətəndaşa verilən yeni kredit limiti deməkdir".

Maliyyə konsultantı bildirdi ki, istehlak kreditlərinin həcminin qeyri-adekvat böyüməsi əhalinin qeyri-sağlam maliyyə yükünü artırır. Bu, eyni zamanda bankların kapital mövqeyinin zəifləməsinə də gətirib çıxara bilər: "Banklar ayda bir dəfədən az olmayaraq aktivlərini təsnifləşdirməli və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar ayırmalıdırlar. Bu baxımdan, vaxtı keçmiş kreditlər artdıqca banklar da əlavə ehtiyat ayırmağa məcbur olur. Bu isə bankların mənfəətinə və kapital mövqeyinə mənfi təsir göstərir. İstehlak yönümlü borclanmanın artması inflyasiyanı qidalandıra bilər".

"Qeyri-işlək istehlak kreditləri sürətlə artır"

E.Nemətlinin fikrincə, Mərkəzi Bankın yeni qaydaları hər bir bankın özünə aid müvafiq kapital göstəricisinə uyğun istehlak krediti xətləri açmasına gətirib çıxaracaq. Daha yüksək kapital göstəricisinə malik olan bank daha böyük həcmdə kredit xətti açmaq imkanında olacaq.

Ekspert bildirdi ki, məhdudiyyətlərin olmaması bankların yüksək gəlir əldə etmək məqsədilə vətəndaşa ödəmə qabiliyyətindən daha yüksək məbləğdə kredit (o cümlədən kredit limiti) verməsinə imkan yaradırdı: "Qeyri-işlək kreditlərin (90 gündən artıq gecikmə) istehlak kreditlərinin nisbətinə diqqət yetirsək, son bir ildə bu göstəricinin 3 faizdən 3.6 faizə yüksəldiyini görə bilərik. Qeyri-işlək istehlak kreditləri 30 iyun 2024-cü il tarixinə 226.3 milyon, 1 il sonra isə 321 milyon təşkil edib".

"Büdcə planlaşdırması barədə savadlılıq artırılmalıdır"

E.Nemətli deyir ki, problemli kreditlərin azalması fonunda bankların gözlənilən mümkün zərərlər üçün xüsusi ehtiyat ayırmaları azalacaq. Sözügedən aktivlərin azalması bankların həmin kreditlərin bərpası üçün sərf etdiyi resurslara qənaət etməsinə gətirib çıxaracaq: "Bu, mənfəətliyə müsbət təsir edəcək. Problemli kreditlərin azalması bankların kapital mövqeyində bu və ya digər dərəcədə güclənməyə gətirib çıxaracaq".

"Effektivlik üçün maarifləndirmə də lazımdır"

Maliyyəçinin fikrincə, qərarın effektiv olması üçün maarifləndirmə də lazımdır: "Dəyişiklik xüsusilə də yüksək məbləğdə istehlak krediti xətti əldə etmək istəyən müştərilərin sayını məhdudlaşdıracaq. Yüksək limitli kredit kartları vasitəsilə gərəksiz xərclərin nisbətən azalacağını da ehtimal edə bilərik. Digər maarifləndirici üsullar vasitəsilə də vətəndaşların borc yükü və şəxsi büdcə planlaşdırması barədə savadlı-lığının artırılması yönündə davamlı çalışmalar həyata keçirilməlidir. Çünki potensial borcalan xalis gəlirinin beş mislinə qədər olan borclanma perspektivini də düşünməli və məsuliyyətini dərk etməlidir. Gəlirə uyğun xərcləmə prinsipi və qənaət vərdişləri vətəndaşın özündə formalaşmadığı müddətcə digər məhdudlaşdırıcı alətlər yüz faizli nəticə göstərməyəcək".

"İnsanlar maliyyə güclərini doğru qiymətləndirə bilmirlər"

İqtisadçı Eldəniz Əmirov da düşünür ki, istehlak kreditlərinin verilmə şərtlərinin sərtləşdirilməsinə ehtiyac var idi: "Çünki 2021-2025-ci illər ərzində istehlak kreditləri 90,5 faiz artaraq 8,6 milyard manata çatıb. Problemli kreditlərin də əsas hissəsi məhz istehlak kreditləridir. İstehlak kreditlərinin son illərdə sürətlə artması və onların problemli kreditlərin içərisində yüksək paya sahib olması maliyyə dayanıqlılığı üçün risk yaradır. Mərkəzi bank həm bankların dayanıqlılığını qorumaq, həm də əhalinin borc yükünü optimallaşdırmaq məqsədilə belə bir addım atıb. İnsanlar öz maliyyə güclərini doğru qiymətləndirə bilmirlər. Beləliklə, qarşılaya bilməyəcəkləri maliyyə yükü altına girirlər".

E.Əmirovun sözlərinə görə, istehlak kreditlərinin böyük hissəsi kredit kartları üzərindən baş verir. Dəyişiklik vətəndaşları düşünülmüş maliyyə qərarları verməyə sövq edəcək: "Bu qərar bankların mənfəətini azalda bilər. Çünki banklar kredit verərək mənfəət əldə edirlər. Amma müsbət tərəfi odur ki, birbaşa daha şəffaf və riski aşağı maliyyə mexanizmləri yaranacaq. Eyni zamanda, problemli kreditlərin həcmini azaldacaq. Əgər banklara minlərlə insanın borcu varsa, bu, onlar üçün problem deməkdir. Belə bankların sayının çox olması ölkə iqtisadiyyatı üçün də problemlər yaradır. Ona görə də bu, yerində atılmış addımdır".

"Ukraynanın cəsarəti çoxlarını ruhlandırır" like
  • 24 Avq 17:30  
Dünya "Ukraynanın cəsarəti çoxlarını ruhlandırır"

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini və ukray

arrow Ətraflı
Bu dəfə əri üçün qarşısında diz çökərək MAHNI OXUDU  VİDEO like
  • 24 Avq 17:15  
Şou-biznes Bu dəfə əri üçün qarşısında diz çökərək MAHNI OXUDU VİDEO

Müğənni Ofelya Şabanovanın yenidən sosial şəbəkədə gündəmə gəlib.

arrow Ətraflı
Rusiyada 10 turist like
  • 24 Avq 17:05  
Digərləri Rusiyada 10 turist

Rusiyanın Saxalin vilayətində yerləşən İturup adasında Baranski vulkanı

arrow Ətraflı
Məşhur serialın aktyoru VƏFAT ETDİ like
  • 24 Avq 16:54  
Şou-biznes Məşhur serialın aktyoru VƏFAT ETDİ

Məşhur "Soprano klanı" serialındakı rolu ilə tanınan amerikalı

arrow Ətraflı
ABŞ dövlət katibi Ukraynanın müstəqiliyindən danışdı like
  • 24 Avq 16:53  
Dünya ABŞ dövlət katibi Ukraynanın müstəqiliyindən danışdı

ABŞ dövlət katibi Marko Rubio Ukraynanı Müstəqillik Günü münasibətilə

arrow Ətraflı
Bu da Nazəninin dəbdəbəli BAĞ EVİ like
  • 24 Avq 16:38  
Şou-biznes Bu da Nazəninin dəbdəbəli BAĞ EVİ

Müğənni Nazənin Salayevanın bağ evindən olan görüntülər marağa səb

arrow Ətraflı
Arıqlamaq əvəzinə kökəlirsiniz  bu 5 SƏHVLƏ like
  • 24 Avq 16:25  
Digərləri Arıqlamaq əvəzinə kökəlirsiniz bu 5 SƏHVLƏ

Arıqlamağa çalışan bir çox insan elə səhvlər edirlər ki, bu səhvlər

arrow Ətraflı
ABŞ Kiyevə minlərlə uzaqmənzilli raket satacaq like
  • 24 Avq 16:15  
Dünya ABŞ Kiyevə minlərlə uzaqmənzilli raket satacaq

Donald Trampın administrasiyası Ukraynaya 3350 ədəd uzaqmənzilli, idarəolu

arrow Ətraflı
Azərbaycanlı aparıcı işçi AXTARIR: 2000 maaş verəcək like
  • 24 Avq 16:00  
Şou-biznes Azərbaycanlı aparıcı işçi AXTARIR: 2000 maaş verəcək

Qalmaqallı aparıcı Nigar Fərhad yenidən sözləri ilə gündəmə gəlib.

arrow Ətraflı
Vətən müharibəsi iştirakçısı qəfil ÖLDÜ  FOTO like
  • 24 Avq 15:50  
Digərləri Vətən müharibəsi iştirakçısı qəfil ÖLDÜ FOTO

Azərbaycan ordusunun mayoru, Vətən müharibəsi iştirakçısı Fətəliyev Z

arrow Ətraflı
Xatirənin hovuzdan görüntüsü yayıldı like
  • 24 Avq 15:20  
Şou-biznes Xatirənin hovuzdan görüntüsü yayıldı

Müğənni Xatirə İslam görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
Yüksək bal toplayanlar buna görə universitetə girə bilmədi like
  • 24 Avq 15:10  
Digərləri Yüksək bal toplayanlar buna görə universitetə girə bilmədi

600-dən yuxarı bal toplayan 10 abituriyent ali məktəblərə qəbul ola bilm

arrow Ətraflı
Qubada qorxulu anlar  Ayı evin həyətinə girdi  ANBAAN VİDEO like
  • 24 Avq 14:58  
Digərləri Qubada qorxulu anlar Ayı evin həyətinə girdi ANBAAN VİDEO

Qubada istirahət edən şəxslər həyatlarının şokunu yaşayıblar. 

arrow Ətraflı
Moskvada Mərkəzi Uşaq Mağazasında PARTLAYIŞ like
  • 24 Avq 14:55  
Digərləri Moskvada Mərkəzi Uşaq Mağazasında PARTLAYIŞ

Rusiyanın Moskva şəhərində yerləşən Mərkəzi Uşaq Mağazasında partla

arrow Ətraflı
Bir zamanlar şahzadəni təmsil edən vəkil idi  indi zibil qutularından EŞƏLƏNİR like
  • 24 Avq 14:33  
Dünya Bir zamanlar şahzadəni təmsil edən vəkil idi indi zibil qutularından EŞƏLƏNİR

Bir zamanlar Almaniyanın ən nüfuzlu media hüquqşünaslarından biri olan Kl

arrow Ətraflı