Bakıda daha bir məşhur restoranın fəaliyyəti dayandırıldı
Digərləri 15 Mar 2025 11:34:00 370 0
FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb.
Bu xəbəri də oxu: Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yaydı
Bu barədə Son.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq evi kompleksinə məxsus "VIP" və "Avropa zalı" adlı obyektlərdə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, obyektlərin təxliyə yollarının yanar materialdan olan üzlüklərlə bəzədilməsi, yanğın avtomatika qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmaması, obyektlərin şəxsi heyəti yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırmaması, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməməsi, dəhlizlərdə, pilləkan qəfəslərində, vestibül və hollarda konstruksiyaların səthlərinə yanar materiallardan bəzək üzlüyü çəkilməsi, təxliyə yollarında qəza işıqlarının quraşdırılmaması, elektrik qurğularının müayinəsinin nəticələri, aşkar edilən nasazlıqlar və görülən tədbirlərin operativ jurnalda qeydə alınmaması, təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılmasının təmin olunmaması, obyektlərin ərazisinin təmiz saxlanılmaması və obyektlərin əsaslı təmiri və yenidən qurulması zamanı tikinti layihə sənədlərinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmaması aşkarlanıb.
"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən Xəmsə" şadlıq evi kompleksinə məxsus "VIP" və "Avropa zalı" adlı obyektlərin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib", - məlumatda deyilir.
Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsind
Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.
Nasir Əbdülkərim Əbdürrəhman "Dostluq" ordeni ilə təltif edili
Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyini
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edi
Azərbaycan Respublikası Qırğızıstan Respublikası ilə Tacikistan Respubli
Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.
ABŞ Poçt Xidməti (USPS) agentlikdə səmərəliliyi artırmaq məqsədilə 10
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənist
Qırğızıstan Azərbaycan və Ermənistan arasında Sülh sazişi layihəsinin
"İlk dəfə əmək fəaliyyətinə başlayanalar üçün sağlamlıq aray
Meksikanın cənubunda yerləşən Oaxaca ştatında 5.5 bal gücündə zəlzəl
