BDYPİdən bu sürücülərə
Digərləri 27 Avq 2025 10:51:00 242 0
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də kənd təsərrüfatı texnikalarının, o cümlədən traktorların ümumi istifadədə olan avtomobil yollarında yol hərəkəti qaydalarına riayət etmədən hərəkətinə rast gəlinir. Bu kimi hallar yollarda qəza ehtimalını artıran əsas səbəblərdəndir.
Bu xəbəri də oxu: Türkiyədə zəlzələ oldu
Son.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xəbərdarlığında bildirilib.
Qeyd olunub ki, ən çox rast gəlinən qayda pozuntularına bu texnikaların saz vəziyyətdə olmadan yollara çıxarılması, işıqlandırma və xəbərdaredici siqnalların işlək vəziyyətdə olmaması, daşınan yüklərin düzgün bərkidilməməsi, eləcə də sürücülərin manevrləri diqqətsiz və məsuliyyətsiz şəkildə yerinə yetirməsi daxildir: "Təcrübə göstərir ki, bu səbəbdən baş verən qəzaların nəticələri daha ağır olur. Çünki irihəcmli kənd təsərrüfatı texnikaları adi minik avtomobilləri ilə müqayisədə dəfələrlə böyük çəki və ölçüyə malikdir. Qanunvericiliyə əsasən, kənd təsərrüfatı texnikaları yalnız saz vəziyyətdə və lazımi təhlükəsizlik tələblərinə cavab verdiyi halda yollarda hərəkət edə bilər. Əks halda, bu qaydaları pozan sürücülər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək. BDYPİ bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, qaydalara əməl etmək həm özünüzün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması baxımından zəruridir", - deyə xəbərdarlıqda vurğulanıb.
Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölk
Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər h
Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda bu gün səhər saat
Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyya
Dövlətlərarası münasibətlərimiz (İranla - red.) hökumətlər, prezident
Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə
Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki,
"Əl-Ərəbiyyə" kanalına müsahibəsində Azərbaycan Prezidenti İ
Güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları (Vaşinqtonda Azə
Avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münas
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Türkiyədə "Aile saadeti" serialı ilə bağlı yeni qərar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı
Hər gün təkanlar olur, ötən gecə baş verən zəlzələyə görə də təl
