Tanınmış həkimdən 400 min tələb edirlər
Kriminal 28 Avq 2025 12:11:00 271 0
Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümünə səbəb olmaqda ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun məhkəməsi davam edir.
Bu xəbəri də oxu: Əməkdar artist vəfat etdi FOTO
"Qafqazinfo"nun məlumatına görə, bir neçə aylıq ekspertiza araşdırmalarından sonra növbəti məhkəmə prosesi keçirilib.
İclasda təqsirləndirilən şəxsin vəkili Musa Abdinov barışıq üçün zərərçəkmiş tərəfə təklif irəli sürüb. Lakin mərhum alimin hüquqi varisi məhkəmədə iştirak etmədiyindən təklifə münasibət bildirilməyib. Məsələnin müzakirəsi növbəti prosesə saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, Azər Maqsudov barışıq üçün 35 min manat nağd ödəməyə, əlavə olaraq 5 ay ərzində hər dəfə 1000 manat verməyə hazırdır. Bu, ümumilikdə 40 min manat təşkil edir.
Mərhumun hüquqi varisi isə daha əvvəl Azər Maqsudova qarşı 400 min manatlıq mülki iddia qaldırmışdı. Onların 40 min manatla razılaşıb-razılaşmayacağı hələ məlum deyil.
Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib. KTM-in şöbə müdiri həbsdə deyil, barəsində istintaq dövrü üçün başqa qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "Delta Capital" M
Rusiyanın Krasnodar vilayətindəki Afipski neft emalı zavoduna PUA zərbələ
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində "
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsin
Bu gün saat 12:00-dan Sumqayıt şəhərinin təbii qazla təchizatında məhdu
46 yaşlı məşhur müğənni Nelli Furtado altı illik fasilədən sonra yenid
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı yol hə
Azərbaycanda təbii hadisələrdən zərər görmüş şəxslərin evlə təmin
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski baş nazirin Avropa və Avro-Atlantik inteq
Malın mənşə ölkəsini təsdiq edən sertifikat ixracatçı ölkənin səlah
