Ödənişli universitetlərə qəbul olmuş abituriyentlərin NƏZƏRİNƏ:
Digərləri 28 Avq 2025 11:32:00 366 0
Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 2025-2026-cı tədris ilinin payız semestri üçün 28 avqust - 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçirdikləri zaman, paralel olaraq www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət edə bilərlər.
Bu xəbəri də oxu: Azərbaycanda 43 yaşında 17 uşaq anasıdır: həyat hekayəsi diqqət çəkdi
Son.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb. Bildiririk ki, bu dövrdə müraciət sayının çoxluğunu nəzərə alaraq, təhsil tələbə kreditlərinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə Fond tərəfindən yardım masası yaradılıb.
TTK müraciəti zamanı hər hansı çətinliklə qarşılaşan şəxslər hər iş günü saat 09:00-dan 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisimizə yaxınlaşaraq əməkdaşlarımızdan dəstək ala bilərlər. Eyni zamanda, tələbələrin kredit müraciətlərinə dəstək üçün Fondun çağrı mərkəzi (146-5), WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə də müraciətlərinizə operativ dəstək göstərilir. Yeni tədris ilində sizə bol uğurlar, yüksək nailiyyətlər və məqsədlərinizə çatmaqda əzmkarlıq arzulayırıq! Qeydiyyat linki: www.e-ttkf.edu.az Çağrı Mərkəzi: (012) 599 12 02, 146-5 WhatsApp: 077 317 88 52, 077 317 88 53
Bu gün saat 12:00-dan Sumqayıt şəhərinin təbii qazla təchizatında məhdu
46 yaşlı məşhur müğənni Nelli Furtado altı illik fasilədən sonra yenid
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı yol hə
Azərbaycanda təbii hadisələrdən zərər görmüş şəxslərin evlə təmin
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski baş nazirin Avropa və Avro-Atlantik inteq
Malın mənşə ölkəsini təsdiq edən sertifikat ixracatçı ölkənin səlah
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsini
Avqust ayı yekunlaşarkən bir çox insan həyatında yeni başlanğıclar və
"Komedixana"nın aktrisasının görüntüsü diqqət çəkib.
