Ünvanlı sosial yardım
Digərləri 28 Avq 2025 23:05:00 321 0
Son günlər tez-tez səslənən suallardan biri budur: ailə üzvü ödənişli təhsil aldıqda ünvanlı sosial yardım dayandırıla bilərmi?
Bu xəbəri də oxu: Günün qoroskopu: Xərcli gün olacaq
Bu isə başqa bir sual da doğurur: Ümumiyyətlə, ünvanlı sosial yardım verildiyi təqdirdə hansı situasiya baş versə, sosial yardım kəsilir?
Dövlət Sosial Müdafiə Fondu mövzu ilə bağlı Oxu.Az-ın sorğusunu cavablayıb.
Məlumatda qeyd olunub ki, ailə üzvünün ödənişli təhsil almasına görə ünvanlı dövlət sosial yardımının verilməsi dayandırılmır.
Ünvanlı sosial yardımın kəsilməsinə səbəb olacaq amillər isə belə sadalanıb:
"Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) bağışlandıqda;
- Ailəyə nəqliyyat vasitəsi bağışlandıqda;
- Təmsilçi vəfat etdikdə;
- Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə;
- Sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək digər hallardan biri baş verdikdə;
- Sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda".
Goranboyda avtomobil iki piyadanı vurub.
Türkiyədə gənc bir qız YKS yerləşdirmə nəticələrini ailəsi ilə birl
Çinin avtomobil nəhəngi BYD-nin lüks brendi YangWang tərəfindən istehsal
Fransız rejissor Olivye Assaysın çəkdiyi "Kreml sehrbazı" filmind
Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov, 6 ünvanında yanğın olu
Avropa İttifaqı (Aİ) Rusiyanın tərəfdaşlarına qarşı ikinci dərəcəli
Ay və Yupiterin gərgin tərəfinin təsiri altında bürc dairəsinin üç nü
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttif
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin
Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Q
Lale Eren və Kerem Çatayın prodüserliyi ilə hazırlanan Kanal D-nin reytinq
Bu il ali məktəblərə qəbulda Qəbələnin məktəbləri fərqlənib.
Mərhum pop ulduz Maykl Ceksonun 28 yaşlı oğlu Prins Cekson nişanlanıb.
