Ağrıya ən dözümlü olan qan qrupu
Digərləri 31 Avq 2025 21:35:00 287 0
Yeni elmi araşdırmalar göstərib ki, qan qrupları yalnız immunitet sistemi, xəstəlik riski və ya orqan köçürülməsində uyğunluq kimi mövzularla məhdudlaşmır. Qan qruplarının həm də ağrı həssaslığına təsir göstərə biləcəyi ortaya çıxıb.
Bu xəbəri də oxu: Gözümüzə baxıb xəstəliyimizi tapacaqlar Tibbdə yeni era
Mütəxəssislərin sözlərinə görə, xüsusilə "0" yəni I qan qrupuna sahib insanların ağrıya qarşı daha dözümlü ola biləcəyi müəyyən edilib. Lakin ekspertlər xəbərdarlıq edir ki, bu dayanıqlılıq bəzi hallarda xəstəliklərin gec diaqnoz qoyulmasına səbəb ola bilər. Çünki ağrı orqanizmin xəbərdarlıq siqnalıdır.
Müxtəlif qan qruplarına sahib şəxslərlə aparılan ağrı dözümlülüyü testlərində "0" qan qrupundakı iştirakçıların digər qruplara nisbətən ağrıya daha uzun müddət tab gətirdiyi müşahidə olunub. Bu nəticə "0" qan qrupunun "ən ağrıya davamlı qan qrupu" ola biləcəyini göstərir.
Alimlərin fikrincə, bu fərq qan laxtalanmasının xüsusiyyətləri ilə və ya sinir sisteminin ağrı siqnallarını işləmə tərzi ilə bağlı ola bilər.
Ağrıya qarşı dözümlülük bəzi hallarda üstünlük kimi görünsə də, mütəxəssislər bu xüsusiyyətin sağlamlıq problemlərinin gec müəyyən olunmasına yol aça biləcəyini vurğulayır.
Mütəxəssislər nəticələrin əhəmiyyətli olduğunu, lakin dəqiq qənaət üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu bildirirlər. Bununla belə, araşdırma qan qruplarının insan sağlamlığı və fərdi xüsusiyyətlər üzərindəki təsirinə dair marağı artırıb. Lalə Qüdrətova Son.az
Əməkdar həkim, uzun illər Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Ter
Heç düşünmüsünüzmü, niyə bəzi insanlar həyatın kosmik ritmləri ilə
Bu ilin yanvar-iyul aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 40 min
Rusiyanın Şeremetyevo hava limanında ən böyük rüsumsuz mağazalar operato
Böyrək daşları ağrılı bir problemdir, dərmanlar həmişə nəticə vermi
Kişi heç bir əməliyyat keçirməyib və hormon qəbul etməyib, sadəcə ola
Avqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mər
Model Günay Musayeva bir müddət əvvəl türk mediasına açıqlamasında ail
Xəbər verdiyimiz kimi, hazırda Bakı bulvarında klassik avtomobillərin sər
Türkiyəli məşhur aktrisası Anta Toros dünyasını dəyişib.
Filippinli turist Honkonqdakı məşhur "Əbədi donan ürək" attraks
Ukraynanın paytaxtı Kiyevin Dneprovski rayonunda 36 yaşlı kişi 19-cu mərt
Toy mərasimində maraqlı və yadda qalan an yaşanıb.
