ATƏTin Minsk Prosesi və əlaqəli strukturları bağlandı


Siyasət 01 Sen 2025 14:42:00 68 0

ATƏTin Minsk Prosesi və əlaqəli strukturları bağlandı

1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.

Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.

Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.

Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir.

Əməkdar artist rejissor əri ilə like
  • 01 Sen 12:58  
Şou-biznes Əməkdar artist rejissor əri ilə

Əməkdar artist Gülzar Qurbanova rejissor həyat yoldaşı Elxan Cəfərovla i

arrow Ətraflı
Namiq Qaraçuxurludan ilk AÇIQLAMA like
  • 01 Sen 10:24  
Şou-biznes Namiq Qaraçuxurludan ilk AÇIQLAMA

Meyxanaçı Namiq Qaraçuxurlu Rusiya sərhəddində başına gələn hadisə il

arrow Ətraflı
"Mən namusumla soyunuram" like
  • 01 Sen 09:19  
Şou-biznes "Mən namusumla soyunuram"

"Bütün lüt şəkillərimi anam çəkir"

arrow Ətraflı
Müsəlman ölkəsində güclü ZƏLZƏLƏ: like
  • 01 Sen 08:56  
Dünya Müsəlman ölkəsində güclü ZƏLZƏLƏ:

Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ b

arrow Ətraflı
Geriyə yerimək, qırmızı geyinmək olmaz like
  • 01 Sen 08:47  
Digərləri Geriyə yerimək, qırmızı geyinmək olmaz

Əldən-ələ qayçı və ya bıçaq verməmək, gözəl bir şeydən danışark

arrow Ətraflı
Çində çikunqunya virusuna yoluxma artır like
  • 01 Sen 08:08  
Dünya Çində çikunqunya virusuna yoluxma artır

Çin epidemioloqları bir həftə ərzində ölkənin cənubundakı Quandun əya

arrow Ətraflı
Sentyabrda bürcləri like
  • 01 Sen 07:35  
Digərləri Sentyabrda bürcləri

Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstə

arrow Ətraflı
Alkoqolun qaraciyərə zərəri açıqlandı like
  • 01 Sen 07:07  
Digərləri Alkoqolun qaraciyərə zərəri açıqlandı

Kaliforniya Universiteti, San Dieqo Tibb Məktəbinin alimləri alkoqolla əlaq

arrow Ətraflı
Günayın dekolteli geyimi MÜZAKİRƏ YARATDI like
  • 01 Sen 06:06  
Şou-biznes Günayın dekolteli geyimi MÜZAKİRƏ YARATDI

Müğənni Günay İbrahimli geyim tərzi ilə diqqət çəkib.

arrow Ətraflı
Amerikalıların niyə ata adı yoxdur? like
  • 01 Sen 04:04  
Digərləri Amerikalıların niyə ata adı yoxdur?

Amerikalıların ata adı kimi anlayışı yoxdur - Ştatlarda çətin ki, Maykl

arrow Ətraflı
78 yaşlı Arnold Şvartsenegger bu meyvəyə görə GÜMRAH QALIR like
  • 01 Sen 03:03  
Şou-biznes 78 yaşlı Arnold Şvartsenegger bu meyvəyə görə GÜMRAH QALIR

78 yaşında olmasına baxmayaraq, Arnold Şvartsenegger hələ də fiziki forma

arrow Ətraflı
Bu pendir növləri KÖKƏLDİR like
  • 01 Sen 02:02  
Digərləri Bu pendir növləri KÖKƏLDİR

Pendir səhər yeməyinin ayrılmaz parçasıdır.  

arrow Ətraflı
Bu da Zamiqin dəbdəbəli bağ EVİ like
  • 01 Sen 01:01  
Şou-biznes Bu da Zamiqin dəbdəbəli bağ EVİ

Müğənni Zamiq Hüseynovun dəbdəbəli bağ evindən görüntülər yayılı

arrow Ətraflı
Bu gündən Azərbaycanda balıq ovuna icazə verilir like
  • 01 Sen 00:36  
Digərləri Bu gündən Azərbaycanda balıq ovuna icazə verilir

Bu gündən Azərbaycanda balıq ovlama müddəti açıq elan olunur.

arrow Ətraflı