Sumqayıtda 2 dəvəquşu və 13 tutuquşu IDEA tərəfindən xilas edilib
Digərləri 02 Sen 2025 22:08:00 200 0
Sentyabrın 2-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən "Turan" restoranında təcili araşdırma tədbirləri həyata keçirilib.
Bu xəbəri də oxu: Bu BÜRCLƏRƏ oktyabrın sonunda
Son.az xəbər verir ki, monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisində qanunsuz olaraq 2 dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığı aşkarlanıb. Həmin heyvanlar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülüb. Hal-hazırda klinik şəraitdə müayinə və reabilitasiya işləri aparılır.
Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlar mövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşmışdır. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdır.
Bir neçə il əvvəl şəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətində aparılan layihələrin tərkib hissəsi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə "Urban Ecology" ("Şəhər ekologiyası") layihəsi çərçivəsində Bakı şəhərində təbiətə yaxalıqlı tutuquşular buraxılıb. Sumqayıt şəhərində xilas edilən 13 tutuquşunun da eyni qayda ilə tezliklə təbiətə reintroduksiyası nəzərdə tutulur.
2025-ci ilin iyul ayı nəticələrinə görə Avropada ən populyar 10 avtomob
2025-ci ilin yanvar-avqust aylarında yeni doğulan körpələrə ən çox hans
Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyatdan sonra ilk dəfə
Ev şəraitində hazırlanmış konserv və kolbasalardan botulizm infeksiyasın
Ermənistan mətbuatında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə
Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çində İran Prezidenti Məsud
İnfluenser Nagehan Abdullayeva keçmiş həyat yoldaşı Fərid Abdullayevlə b
Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tə
Doymuş yağlarla zəngin qidaların qəbulu beyin damarlarının funksiyasın
Xəbər verdiyimiz kimi, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərç
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik
Rusiyanın Tümen şəhərində gömrükçülər ölkədən külli miqdarda bəy
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinə rəis
