Bədəni 95 faiz döymə idi yeni FOTOları şoka saldı
Digərləri 03 Sen 2025 05:05:00 94 0
Braziliyalı bir kişi, bədəninin 95%-i döymələrlə örtülü olduğu halda, lazerlə döymələrin silinməsindən sonra təəccüblü görünüşünü nümayiş etdirib.
Bu xəbəri də oxu: Bəzi küçələrdə hərəkət qismən məhdudlaşdırılacaq
Son.az xəbər verir ki, bir vaxtlar Braziliyanın ən çox döyməli adamı kimi tanınan Leandro de Souzanın bədəni 13 yaşından başından ayaqlarına qədər yüzlərlə döymə ilə örtülüb.
Onun 170 döymədən ibarət kolleksiyası sevimli rok qrupları - Nirvana, Guns n Roses və Metallica-dan ilhamlanaraq ərsəyə gəlmişdi. Lakin 36 yaşlı kişi həyat tərzini tamamilə dəyişməyə qərar verib və bu, döymələrin silinməsi üçün bir neçə ağrılı əməliyyatı da əhatə edib. De Souzanın sözlərinə görə, bu qədər ağrılı və genişmiqyaslı transformasiyaya getmək qərarı onun dinə gəlməsindən sonra verilib.
O, körpə ikən ayaqqabı qutusunda tapıldıqdan sonra övladlığa götürülüb. Daha sonralar narkotik istifadəsinə başlayıb və oğurluğa görə həbsxanada yatıb. O, 21 ilini döymə etdirməklə keçirib, üzündəki döymələrlə üzünü skelet kəlləyə bənzətməyə çalışıb. Cinayətkar həyatı nəticəsində onu övladlığa götürən anasının qəyyumluğunu 2019-cu ildə itirib və qadın yaşlılar evinə göndərilib. İndi isə onu geri qaytara bilməsi üçün sabit işə ehtiyacı var.
De Souza xaç suyuna salınıb, artıq narkotikdən uzaqlaşıb. Evangelizmlə tanış olduqdan sonra isə həyatını və imicini dəyişməyə qərar verib. O belə deyib:
"Mən artıq yaşadığım o həyata dözə bilmirdim. Mən qatıldığım tədbirlərdə bir atraksion kimi idim və özümü sirk heyvanı kimi hiss edirdim".
O, həmçinin spirtli içki və siqaretdən imtina edib və indi övladına aliment ödəmək, eləcə də anasına baxa bilmək üçün rəsmi iş tapmağa çalışır.
De Souza müsahibəsində belə deyib:
"Üzünüzə döymə etdirməzdən əvvəl yaxşı düşünün, çünki mən buna görə peşmanam. Mən döymələri qınamıram. Amma inanıram ki, xaç suyuna salındıqdan və imana gəldikdən sonra bizim üçün daha vacib işlər var, əziz qardaşlarım". /Lent.az
Bu dəqiqələrdə Çinin paytaxtı Pekində Yapon işğalına qarşı Çin xalq

Həkim payızda bədəni detoks üçün təmizləməyin yollarını açıqlayıb

Bağırsaq xərçənginin əsas əlamətləri və müayinə üsulları açıqlan

Xalq artisti Alim Qasımov yoqa dərslərinə başlayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyədə 30 A

2025-ci ilin dekabrında çatdırılacaq qızıl fyuçerslərinin qiyməti tarix

Bir çox ölkələrdə qızıl satıcıları son dövrlərdə bazarda artan və

Sentyabrda Yer kürəsini bir neçə güclü maqnit qasırğası dalğası əhat

Xəbər verdiyimiz kimi, Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib.

"Putin məni çox məyus etdi. Biz insanların yaşamasına kömək etmək

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Avropa Birliyi tərkibində trimetilbenzoil-difenilfosfin-oksid olduğu üçün

"I Zabrat" QPS-də tənzimləyici qovşağın demontaj olunması işl
