Tələbə yataqxanalarında qiymət və şərait necədir? ARAŞDIRMA
Digərləri 08 Sen 2025 07:07:00 80 0
İxtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr münasib qiymətə yataqxana və ev axtarışına çıxırlar.
Bu xəbəri də oxu: 23 yaşlı gənc dostunun 83 yaşlı nənəsinə evlilik təklif etdi
Yataqxana qiymətləri şəraitinə görə fərqlənir. Məsələn, ölkənin ilk və ən böyük təhsil müəssisəsi olan BDU-nun 5 mərtəbəli tələbə evində 1 nəfərin aylıq ödənişi 75 manatdır. Amma təəssüf ki, bu yataqxana 220 yerlikdir.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, Pedaqoji Universitetdən verilən məlumata görə, paytaxtda bu təhsil ocağının 5 tələbə yataqxanası var. Lakin bu yataqxanalardan 4-də məcburi köçkün ailələri məskunlaşıb. Universitetin 5 nömrəli yataqxanası isə qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir.
Memarlıq və İnşaat Universitetinin yataqxanası isə 450 tələbəni yerləşdirmək imkanına malikdir.
Azərbaycan Dillər Universitetinin 205 yerlik yataqxanasında yalnız qızlar qala bilir və aylıq ödəniş 30 manatdır.
Dövlət Neft və Sənaye Universitetinindən isə bildirildi ki, 320 yerlik yataqxananın təmir olunması nəzərdə tutulur və hazırda tələbə yerləşdirilməsi aparılmır.
İqtisad Universitetinin və Texniki Universitetin mövcud olan 5 yataqxanalarında da məcburi köçkünlər məskunlaşdığı üçün tələbələr istifadə edə bilmirlər.
Lənkəran Dövlət Universitetində qızlar və oğlanlar üçün 2 tələbə yataqxanası var. Qızlar yataqxanası 160, Oğlanlar yataqxana yataqxanası isə 250 yerlikdir. Yataqxanaların aylıq ödənişi 60 manatdır.
Artıq ikinci il yeni tələbələrini qarşılayacaq olan Qarabağ Universitetində isə tələbələr yataqxana üçün heç bir ödəniş etmirlər.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
Kişilər tualetdən istifadə etdikdən sonra əllərini yumurlar.

Dəvə hörümçəkləri (elmi adıyla, solpuqlar) təbiətin ən sirli və eyni

Hər iki uşaqdan biri ildə azı iki dəfə xəstələnir. Rusiyalı alimlərin

Kardioloq Devid Sabgir sağlam qidalanmada yağların tamamilə çıxarılmasın

Yaponiyada 23 yaşlı tələbə Kofu sinif yoldaşının nənəsi 83 yaşlı Ayk

Azərbaycana səfər edən iranlı bloger Milad Hadinejadın davranışı sosial

Aparıcı Zaur Kamal arxiv fotolarını sosial şəbəkədə yayımlayıb.

382 gün davam edən aclıq mümkünsüz görünür, amma bir insan bunu yaşay

Səhər yeməkləri arasında xüsusi yer tutan yeməklərdən biri yaxşı qız

Sözlər düşüncəmizi formalaşdırır. Onlar ya bizi məhdudlaşdıra, ya da

Müəyyən qidalanma tərzi xərçəng xəstələrinin müalicədə uğur şans

Məşhur türkiyəli müğənni Aleyna Tilki, Pembe Yalanlar proqramında uşaq

Son zamanların ən çox tənqidə uğrayanları şou-biznesdəki bir sıra qad
