Alimlər alkoqolizmin çarəsini tapdılar: Siçanlar üzərində test edildi, insanlarda yoxlayacaqlar
Digərləri 19 Sen 2025 02:02:00 194 0
Alimlər beynin "spirt asılılığı açarı"nı tapıblar.
Bu xəbəri də oxu: Tanınmış aparıcıya ağır İTKİ
Son.az xəbər verir ki, Skripps İnstitutunun tədqiqatçıları alkoqol asılılığında əsas rol oynayan beyinnin kiçik hissəsini müəyyən ediblər. Araşdırmaya görə talamusun paraventrikulyar nüvəsi (PVT) spirt asılılığını tənzimləyir.
Nəticələr "Biological Psychiatry: Global Open Science" jurnalında dərc olunub.
Alkoqol asılılığı çox vaxt zövq axtarışı ilə başlayır, amma zamanla insan çəkmə sindromunun yaratdığı şiddətli stress və narahatlıqdan qurtulmaq üçün spirtə yönəlir.
Tədqiqat müəllifi, neyrobiologiya professoru Fridbert Vays izah edir ki, beyində müəyyən sistemlər bu öyrənməni yadda saxlayır və buna görə asılılıqların təkrarlanması (relaps) çox davamlı olur.
Eksperimentlər siçanlar üzərində aparılıb. Əvvəlcə siçanlar alkoqola öyrəşdirilib, sonra spirt çıxarıldıqda müəyyən mühit və hərəkət ilə asılılıq simptomlarının azalması əlaqələndirilib. Sonradan spirt götürüldükdə həmin şərait siçanlarda güclü və davamlı spirt istəyi yaradıb.
Beyin analizi göstərib ki, bu qrupda məhz paraventrikulyar nüvə aktivləşib. Digər siçanlarda belə aktivlik müşahidə olunmayıb.
Sadə formada desək, beyindəki kiçik bir hissə spirt istəyi üçün "açar" rolunu oynayır və gələcəkdə alkoqol asılılığının müalicəsində yeni hədəf ola bilər.
İsmayıl Son.az
Dünyanın ən böyük xəzinəsi: 20 milyon tondan artıq qızıl ehtiyatların
Məşhur türkiyəli aktyor Burak Özçivitin lüks avtomobillərini və evləri
Son illərdə paytaxtın əksər yollarında nəqliyyat sıxlığı müşahidə
ABŞ paytaxtında, Konqres binasının qarşısında prezident Donald Trampın
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirl
Son.az 19 sentyabr üçün günün ulduz falını təqdim edir:
Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb.
Şair Əlisəmid Kür səhhətində yaranan problemlər səbəbindən Respublika
Metanın rəhbəri Mark Zukerberq şirkətin ən son texnoloji yeniliklərini t
İyun ayından Mingəçevir Dövlət Dram Teatrından ayrılmışam, artıq işl
Balkanların məşhur kor kahini Vanqa, gələcəklə bağlı iddialı proqnozla
Hər il yay mövsümü başlayanda tətil, dincəlmək və istirahət üçün d
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünyada nüvə qarşıdurması eht
