Qaydaları pozan piyadalar cərimələnir
Digərləri 20 Sen 2025 11:15:00 180 0
Baş Dövlət Yol Polisi İdarəsi piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumi yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi məqsədilə tədbirlərini davam etdirir.
Bu xəbəri də oxu: Nazirlik pensiya ödənişləri ilə bağlı məlumat yaydı
İdarədən Son.az-a bildirilib ki, piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, eləcə də yolun hərəkət hissəsinə qəfil və gözlənilməz daxil olmaları qəza riski yaradır.
Xüsusilə magistral yollarda belə hərəkətlərə yol verilməsi çox zaman faciələrlə nəticələnir. Bu baxımdan piyadaların intizamlı davranışı və qaydalara ciddi riayət etməsi həyati əhəmiyyət kəsb edir.
Bütün bunlar nəzərə alınaraq Baş DYP İdarəsi tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir, eyni zamanda yol hərəkəti qaydalarını pozaraq sürücülər üçün təhlükə yaradan piyadalar inzibati məsuliyyətə cəlb edilirlər.
Baş DYP İdarəsi bir daha xatırladır ki, yol hərəkəti qaydalarının pozulması nəinki qanunvericiliklə məsuliyyət yaradır, həm də insanların həyatını təhlükə altına qoyur. Hər bir hərəkət iştirakçısından tələb olunur ki, yollarda intizamlı olsun və qaydalara ciddi riayət etsin.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Suverenlik Günü mün
ABŞ hökuməti əcnəbilərə 1 milyon dollar müqabilində "Trump Gold Ca
Sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri M
ABŞ-nin paytaxtı Vaşinqtonda Suriyanın 2014-cü ildə bağlanan səfirliyind
"MH-60 Black Hawk" helikopterinin Vaşinqton ştatında qəzaya uğra
Azərbaycanda bankların kredit ödənişlərinin gecikməsinə görə tətbiq e
"Neuralink" insan fikirlərinin nitqə çevrilməsini sınaqdan keçir
Ermənistan Azərbaycanla sülh sazişinin harada imzalanacağına dair məsləh
Türkiyənin Antalya şəhərinin Aksu rayonunda güclü meşə yanğını başl
Dünən Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticəl
Sentyabrın sonlarında baş tutacaq güclü Günəş tutulması bəzi bürclər
Rusiyanın Amur vilayətində dəmiryolunda dəhşətli qəza baş verib.
