40 qramdan artıq spirt qəbulu qaraciyərin "evini yıxır"
Digərləri 21 Sen 2025 03:03:00 166 0
Qaraciyərin piylənməsi (yağlı hepatoz) getdikcə daha çox yayılaraq sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu xəstəlik yalnız artıq çəkisi olanlarda deyil, normal çəkili insanlarda da müşahidə oluna bilər.
Bu xəbəri də oxu: Gözümüzə baxıb xəstəliyimizi tapacaqlar Tibbdə yeni era
Son.az xəbər verir ki, rusiyalı qastroenteroloq-dietoloq Nataliya Panina "qazeta"ya açıqlamasında qaraciyərin piylənməsinə yol aça bilən əsas amillərdən danışıb.
Mütəxəssisin sözlərinə görə, qaraciyərin piylənməsi diaqnozu orqan hüceyrələrinin 5 faizindən çoxunda yağ toplananda qoyulur. Xəstəliyin ən böyük təhlükəsi ürək-damar xəstəliklərinin riskini artırması və sirroza gətirib çıxarmasıdır.
"Əsas risk faktorlarından biri müntəzəm alkoqol qəbuludur. Onun sözlərinə görə, söhbət məhz alkoqoldan sui-istifadədən getmir. Kişilərdə 40 qram, qadınlarda isə 20 qramdan artıq etanol qəbul etmək belə qaraciyərin piylənməsi ehtimalını artırır.
Bundan başqa, fastfud və yarımfabrikatlarda olan trans və doymuş yağlar da qaraciyərə zərbə vurur. Bu məhsullar "pis" xolesterinin yüksəlməsinə və qaraciyərin, həmçinin ürək-damar sisteminin yüklənməsinə səbəb olur. Həkim yağların gündəlik rasionun 30-35 faizindən çox olmamasını, onların da yarısının bitki yağları hesabına təmin edilməsini tövsiyə edib.
Mütəxəssis əlavə edib ki, fruktozanın və sadə karbohidratların həddindən artıq istifadəsi, xüsusilə də şirin qazlı içkilər vasitəsilə, qaraciyərin piylənməsini sürətləndirə bilər. Paninanın sözlərinə görə, rasiona tam taxıllar, işlənməmiş dənli bitkilər, kifayət qədər tərəvəz və salat daxil edilməlidir. Lif maddələri yağ və karbohidrat mübadiləsini tənzimləyir, bağırsaq mikroflorasını dəstəkləyir və nəticədə qaraciyərin sağlamlığını qoruyur.
Qırmızı çuğundur həm qida dəyəri, həm də sağlamlığa verdiyi faydala
Androloq sonsuzluqdan əziyyət çəkən kişilər üçün təbii müalicə üsu
Türk musiqisinin sevilən səsi Ebru Gündeş hava limanında makiyajsız halda
Yaşıl və qara növləri ilə süfrələrdə tez-tez yer alan zeytun, ürək s
Türk pop musiqisinin tanınmış siması Ebru Yaşar bu dəfə səhnə performa
Son.az 21 sentyabr üçün günün ulduz falını təqdim edir:
Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi "Vətəndaş
"Avtobus bir göz qırpımında idarəetməni itirdi. Oturacaqdan qalxıb y
Süni intellekt söhbət botlarının həyatın hər sahəsinə daxil olması ro
"Ruhsar"ın Gözüm Ablası Tuluğ Çizgenin son hali pərəstişkarla
"Bundan sonra nə məmur, nə rəis, nə vəzifəli şəxs, nə nazir olmaq
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün haki
Xəbər verdiyimiz kimi, Ruanda Prezidenti Pol Kaqame sentyabrın 20-də Azərba
