Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş
Digərləri 22 Sen 2025 23:00:00 195 0
Tanınmış təzyiq dərmanı 1-ci tip şəkər xəstəliyində insulin istehsal edən hüceyrələri qoruyurmuş.
Bu xəbəri də oxu: Ağır QƏZA: ölən və yaralananlar var
Son.az xarici mətbuata istinadla xəbər verir ki, illərdir hipertoniya və ürək xəstəliklərinin müalicəsində istifadə olunan Verapamil dərmanı yeni diaqnoz qoyulmuş 1-ci tip şəkər xəstəliyi olan xəstələrdə insulin istehsal edən hüceyrələrin fəaliyyətini qorumağa kömək edə bilər.
Bu nəticələr Avstriyanın Vyana şəhərində keçirilən Avropa Şəkər Xəstəlikləri üzrə Tədqiqat Assosiasiyası (EASD) illik toplantısında beynəlxalq Ver-A-T1D qrupu tərəfindən təqdim edilib.
Tədqiqatda Avropanın müxtəlif ölkələrindən 136 yetkin iştirakçı yer alıb. Onlara Verapamilin yavaş buraxılan forması və ya plasebo verilib. Bir il sonra dərmanı qəbul edən xəstələrdə pankreasın insulin istehsalı daha yaxşı qorunub və yüksək dozalı insulin inyeksiyalarını daha uzun müddət təxirə salmaq mümkün olub.
Alimlər iştirakçıları dərmanı qəbul etməyə davam etdikləri müddətdə izləməyi planlaşdırır. Əgər nəticələr təsdiqlənərsə, Verapamil uzun illər istifadə olunmuş qan təzyiqi dərmanı olaraq şəkər xəstəliyinin müalicəsində də yeni rol oynaya bilər.
İsmayıl Son.az
Teatrın mətbuat xidmətindən verilən məlumata görə mədəniyyət və inc
Show TV-də yayımlanan və reytinq rekordları qıran "Kızılcık Şerbet
Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü gəlini Hafizə Rzayev
Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni ta
Uroloq böyrəkləri məhv edən vərdişləri açıqlayıb.
Bakıdakı 148 saylı tam orta məktəbə sentyabrın 15-dən 22-dək valideynl
Rusiyanın Kamçatka diyarında 6.3 bal gücündə zəlzələ baş verib.
"Çox hallarda oğlanlar yaxşı qız, qızlar isə deyirlər ki, yaxşı o
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Türkiyənin məşhur kardioloqu və dietoloqu Canan Karatay sumaxın istifadəs
Bakının Dərnəgül Tikinti Bazarında söküntü işlərinə başlanılıb.
