“Yaxşı pul olacaq” demişdi, dostunun 100 minini batırdı
Digərləri 27 Sen 2025 16:24:00 194 0
Dostundan aldığı 100 min manatdan çox pulu onlayn investisiyada batıran şəxs məhkəmə zalında həbs edilib.
Bu xəbəri də oxu: Yağış, şimşək, cənubşərq küləyi Həftənin ilk iş gününün
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 34 yaşlı Ramin Şamilliyə verilmiş ittiham yetərli sübutlarla təsdiqini tapmış hesab edilib.
İttihamda yazılıb ki, Ramin orta məktəbdə birgə oxuduğu Aqşin Şadlinskidən onlayn yolla investisiya şirkətlərinə yatırım etmək üçün 106 min 500 manat alıb. O, Aqşini inandırıb ki, bu yatırım nəticəsində yaxşı pul əldə edəcəklər və nəticədə hər ikisi də qazanacaq.
Bu əməlinə görə mühakimə edilən Ramin ifadəsində deyib ki, Aqşini valyuta bazarına yatırım etməyə məcbur etməyib, əksinə, özü könüllü razı olub. İlk vaxtlarda da ona 40 min manat qazandırıb. Lakin sonradan şirkətlərdən bəziləri bağlanıb, bəzilərinin də serverlərində problem yaranıb. Nəticədə 106 min manat batıb.
O, əməlində cinayət tərkibi olmadığını düşündüyündən özünü təqsirli bilməyib. Əlavə olaraq deyib ki, bu məsələ ilə bağlı daha əvvəl də araşdırma aparılıb, amma cinayət işinin başlanmasından imtina edilib. İkinci araşdırmadan sonra isə eyni epizodlar üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Zərərçəkmiş Şadlinski isə dostunun onun inamından istifadə etdiyini, hələ də pulunu qaytarmadığı üçün şikayətçi olduğunu bildirib.
Raminin Aqşinə yazdığı "sənin pulunu nə vaxtsa verəcəyəm", "pulunu verəcəyəm, onsuz da cəhənnəmin ortasındayam", "özümü və evdəkiləri də qurtarmağa çalışıram" məzmunlu SMS-ləri də sübut kimi qeydə alınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Şamilli külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. Bütün istintaq müddətində azadlıqda olan müttəhim məhkəmə zalında qandallanaraq təcridxanaya göndərilib.
"Qəzza münaqişəsinin həlli ilə bağlı razılaşma yəqin ki, əldə
Avtoekspertdən avtomobili qışa hazırlamaq üzrə tövsiyələr
Azərbaycanın xaricdən idxal etdiyi məhsullar arasında mavi pendir də yer a
NASA kosmik rabitə sahəsində mühüm nailiyyət əldə edib.
Prezidenti İlham Əliyev sentyabrın 27-də - Anım Günündə Gəncə Memorial
Paytaxtın iri marketlərində və bazarlarda son günlər qəribə bir mənzər
Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk sırada
Ağcabədinin Pərioğullar kəndində yerləşən körpələr evi-uşaq bağça
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intens
Bəzi məktəblərdə müəllimlərin dərs vəsaitlərini ödənişlə verməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gənc
ABŞ Kolumbiya Prezidenti Qustavo Petronun hərbçilərə yönəlik çağırış
Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, səd
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də - An
Polşa Prezidenti Karol Navrotski Ukraynadan olan və işləməyən şəxslərə
