Stəkana tüpürüb müştərilərə çay süzən Ayşən işdən çıxarıldı
Digərləri 29 Sen 2025 11:01:00 180 0
Şəki şəhərində fəaliyyət göstərən "Azra" şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.
Bu xəbəri də oxu: Kürdəmirdə "Jiquli" traktora çırpıldı, ölənlər var
Son.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.
Etdiyi hərəkəti öz hesabında paylaşan gənc qız işə nifrət etdiyini və dalaşdığını bildirib. İddia olunur ki, o, şirniyyat evinin rəhbərliyi ilə dalaşaraq bu addımı atıb.
Qafqazinfo.az məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxlayıb. Obyektin rəhbəri Murad Nəsibov məsələdən xəbərdar olan kimi həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını dedi: "Bu barədə əvvəldən məlumatımız olmayıb. Dünən polisə də izahat vermişik. Həmin xanımın özünü də polisə çağırmışdılar. Biz bu məsələni bilən kimi həmin işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən çıxarmışıq. Bundan sonra o, heç yerdə işləyə bilməz. Onun müdriyyətlə dalaşması halı olmayıb. Özü izahatında deyib ki, mən öz rəfiqələrimlə orada oturmuşam, zarafat məqsədilə belə etmişəm və şəxsi səhifəmdə paylaşmışam. Dediyinə görə, həmin çay da servis olunmayıb".
DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Yasamalda kameralarla bağlı sakinlər tərəfindən maraqlı fakt görüntül
Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvv
"Apple"ın maraqla gözlənilən "iPhone 17" seriyası bazar
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin kimliyi məlu
Bakıda İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) öz işinə ba
"Avtolüks Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə
Oktyabr ayı bəzi bürclərin həyatında unudulmaz dönüş nöqtəsi olacaq.
Tanınmış müğənni Nəfəs Məmmədlinin anası "Rəngarəng səhər&qu
Bakı şəhəri Xətai rayonunun bəzi küçələrinə təbii qazın verilişi d
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
