İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır
Digərləri 29 Sen 2025 18:21:00 157 0
"Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır. Əvvəla, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir".
Bu xəbəri də oxu: Çərəzi xarab olmağa qoymayan 5 sadə üsul
Son.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur:
"Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır.
İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır.
Üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir".
R. Mahmudov bildirib ki, bütün bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır:
- İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test).
- Enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq.
- İdman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq.
- Şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçmək.
Deputatın sözlərinə görə, nəticə etibarilə idman sağlamlıq üçündür, amma yanlış yanaşma ilə qəfil təhlükəyə çevrilə bilər. Ona görə də sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır.
Qeyd edək ki, bu gün Əməkdar artist Cabir İmanov idman zalında qəfil ürəktutmadan vəfat edib.
Xəbər verdiyimiz kimi, Əməkdart artist Cabir İmanov dünyasını dəyişib.
ABŞ-də 24 yaşlı Venesuela vətəndaşı özünü yeniyetmə kimi təqdim ed
Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddət
Tanınmış teleaparıcı Səidə Bəkirqızı aparıcısı olduğu verilişdə
Azərbaycan Prezidenti İlham Əliyev Çinin sədri Si Cinpinə təbrik məktubu
ABŞ-in Oreqon ştatı Prezident Donald Trampın qərarına görə onun administ
Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i g
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov
Çin avtomobilləri ilə bağlı narazılıqlar artmaqdadır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əməkdar artist Cabir
Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə diqqət çəkib.
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticə
Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) özünəxidmət qeydiyyat köş
