İlham Əliyev: Azərbaycan ilə Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur
Siyasət 29 Sen 2025 19:05:00 149 0
Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir.
Bu xəbəri də oxu: "1 il 8 aydırki ErmənistanAzərbaycan sərhədində əsgər həlak olmayıb"
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin milli bayram münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanlandığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı məktubunda həmçinin qeyd edib: "Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir".
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur. Son.az
Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Cabir İmanov paytaxtın Səba
Əməkdar artist Cabir İmanovun ölüm anının videosu yayılıb.
"Elçin Moskvadan özünü öldürür. Çox çətindir, çox".
Övladlığa verilmə prosesi cəmiyyətin ən həssas mövzularından biridir.
Xalq artisti Natiq Şirinovun oğlu Ümid bu gün vəfat edən Əməkdar artist
Türkiyə musiqisinin sevilən adlarından olan Özcan Dəniz dünən axşam İs
Əməkdar artist Cabir İmanovun nəşi təşrih üçün Səhiyyə Nazirliyi Mə
"Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt halları
Xəbər verdiyimiz kimi, Əməkdart artist Cabir İmanov dünyasını dəyişib.
ABŞ-də 24 yaşlı Venesuela vətəndaşı özünü yeniyetmə kimi təqdim ed
Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddət
Tanınmış teleaparıcı Səidə Bəkirqızı aparıcısı olduğu verilişdə
Azərbaycan Prezidenti İlham Əliyev Çinin sədri Si Cinpinə təbrik məktubu
