Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb FOTO
Kriminal 04 Okt 2025 15:05:00 172 0
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb.
Bu xəbəri də oxu: “Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-mərdi-xəsis" pyesi əsasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan "Hacı Qara" tamaşasının oxunuş məşqlərinə start verilib.
İki hissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Şövqi Hüseynov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Firudin Allahverdi, rejissor assistenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Tamaşada Hacı Qaradan sonra ikinci əsas surət Heydər bəydir. İflasa uğramış Heydər bəy toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaq mal alverinə getməsi və bu səfər zamanı 19-cu əsrin ortalarında baş vermiş əhvalatlardan bəhs olunur. Heydər bəy lovğa, qurubəy olsa da, o, mərd və cəsarətlidir.
Şairə Nazilə Səfərli ölümlə üz-üzə qaldığı anlardan danışd
İsrail və HAMAS ABŞ-ın vasitəçiliyi ilə sabah Misirdə danışıqlar apar
Sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində P
Polşa Prezidenti Karol Navrotski Almaniya və Litva ilə sərhədlərdə əlav
Rusiya ordusunun Ukraynanın Sumı vilayətində sərnişin qatarına zərbəsi
Gənc Diplomatiya Dərnəyinin sədr müavini Ömər Tayyib Ərdoğan Boğaziç
Aparıcı Rövşanə Ağasəfqızı açıqlaması ilə diqqət çəkib.
İstanbulun Fatih rayonunda iki mərtəbəli sahibsiz bina çöküb.
Müşahidələr göstərir ki, həftəsonu əhalinin bölgələrə, bağ massivl
Uels şahzadəsi Uilyam kral olduqdan sonra monarxiyada bəzi dəyişikliklərə
2020-ci ilin 4 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfində
Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik vasitənin keçirilmə
