Kobaxidze keçmiş prezidenti "xarici agent" adlandırdı
Digərləri 06 Okt 2025 23:22:00 168 0
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, keçmiş prezident Salome Zurabişvili 4 oktyabrda keçirilən mitinq zamanı prezident iqamətgahına girməyə hazır idi və devrilmə məqsədilə təşkil edilən aksiyaya qeyd-şərtsiz qatılıb.
Bu xəbəri də oxu: Fəzail Ağamalının səhhəti PİSLƏŞDI:
Son.az report-a istinadən xəbər verir ki, bu barədə baş nazir "Gecə kuryeri" verilişində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, zorakılıq başladıqda Zurabişvili mitinq yerindən uzaqlaşıb.
"Salome Zurabişvili iqamətgaha girməyə hazırlaşmışdı. Zorakılıq başlayanda isə qaçdı. O və Tina Bokuçava kimi şəxslər eyni qəlibdən düzəldilmiş xarici agentlərdir. Onlar devrilmə məqsədilə keçirilən mitinqə qeyd-şərtsiz gəliblər", - Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, həmin mitinqdə iştirak edən bütün şəxslər baş verən zorakılıqlara görə eyni dərəcədə mənəvi məsuliyyət daşıyırlar.
"Mitinq zorakılıq olmadan devrilmə məqsədinə çata bilməzdi. Onlar gəminin batdığını görən kimi ilk qaçanlar oldular", - İrakli Kobaxidze əlavə edib. Son.az
Bu ilin aprelində Xaçmazın Xaspoladoba kəndində 45 yaşlı Yaqut Məmmədov
Azərbaycanəsilli rusiyalı müğənni, teleaparıcı, aktyor və komik Timur R
Alimlər yaş artdıqca beyində "daxili kompasın" niyə itdiyini aç
2025-ci ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i
Plov bişirmək sadə görünsə də, əslində mətbəxdə ən diqqət tələb
Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının
Türkiyənin gənc və populyar aktyorlarından Mert Ramazan Demir, OGM Pictures
2023-cü ilin oktyabr ayından etibarən davam edən hərbi toqquşmalarda 1 150
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Şimali Karolina ştatında qətllərə nəzarəti gücləndirən qanun qüvvəy
Müğənni İradə Mehri arıqdüşmüş görünmək və daha incə belli olmaq
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs
