MDB Oyunlarına görə bəzi yollar bağlanacaq
Digərləri 07 Okt 2025 09:52:00 177 0
III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncə şəhərinin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq.
Bu xəbəri də oxu: Dünyanın ən kiçik pivəsi
Son.az xəbər verir ki, bağlanış mərasiminin keçiriləcəyi 8 oktyabr tarixində Gəncə şəhərinin aşağıda qeyd olunan prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
- Heydər Əliyev prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi;
- Atatürk prospekti;
- Turqut Özal küçəsi, Bəhram bəy Axundov, Faiq Nemanzadə, İlham Müzəffəroğlu və Çingiz Mustafayev küçələri ilə kəsişmələri.
Qeyd edilib ki, Atatürk prospektində nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə bağlı 6 və 7 nömrəli marşrutların tədbir zamanı hərəkəti Heydər Əliyev prospektindən keçməklə təşkil olunacaq.
Bildirilib ki, 12 nömrəli marşrut xəttinin Atatürk prospektində hərəkətin məhdudlaşdırılması səbəbindən son dayanacaq məntəqəsi olaraq Gəncə Dəmiryolu vağzalı əvəzinə Bilal Qəhrəmanov küçəsi təyin edilib.
Məlumatda qeyd olunub ki, Heydər Əliyev prospektindən 1, 4, 6, 7 və 8 nömrəli marşrutlar fəaliyyət göstərəcək.
Bağlanış mərasiminə gələn tamaşaçılar Gəncə şəhər stadionuna yaxın ərazidən keçən ictimai nəqliyyatdan istifadə edə biləcəklər.
Türkiyənin Mersin vilayətində kənd təsərrüfatı işçilərini daşıyan
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirlə
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Xəbər verdiyimiz kimi, Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyət
Yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdiri
Oktyabrın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC-
Bir çox insan üçün arıqlamaq həm yorucu, həm də çətin prosesdir. Sağl
Aktyor və aparıcı Elcan Rəsulov və İlham Mehrəliyev birgə yeni layihəy
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı şəxsi inkişa
Oktyabr ayının ortalarına doğru bəzi bürclər üçün xoş hadisələr sil
Müğənni Xatun Əliyeva yeni ev aldığı yaşayış kompleksindən şikayət
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində internet provayderlər
