Gəncədə avtomobil 3 piyadanı vurdu Ölən var
Digərləri 07 Okt 2025 14:04:00 218 0
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 6-da Gəncədə piyadaların vurulması, bir nəfərin ölümü ilə nəticələnən yol qəzasının görüntüsünü yayıb, bununla bağlı müraciət edib.
Bu xəbəri də oxu: Qəfil vəfat edən 42 yaşlı müəllimin
İdarədən Son.az-a bildirilib ki, ötən gün saat 12:00 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən "Haval" markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirmiş və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub.
Hadisə nəticəsində bir piyada hadisə yerində dünyasını dəyişib, digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.
"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq faciəvi nəticələrə gətirib çıxarır. Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir", məlumatda deyilir.
Argentina Prezidenti Xavyer Milei 6 oktyabr Buenos Ayresdə "Möcüzənin
Xəbər verdiyimiz kimi, oktyabrın 4-ü axşam saatlarında İsmayıllıda 2 n
Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur də
Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdir
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrin
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaol
Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çər
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sül
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT)
Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas a
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT)
Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması
Üç kiloqram marmelad yeyən kişi xəstəxanaya yatırılıb.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk D
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya
