Niyə bəzi insanlar çox yesələr də kökəlmirlər? Açıqlama
Digərləri 07 Okt 2025 20:10:00 163 0
Arıqlama metodu hər insan üçün fərdi olmalıdır.
Bu xəbəri də oxu: Toyuğa ləzzət qatan ən vacib ədviyyatlar
Son.az xəbər verir ki, bunu Rusiyanın "Genotek" mediko-genetik mərkəzinin elmi kommunikasiya rəhbəri Yekaterina Surkova bildirib.
Bioloqun sözlərinə görə hər kəs üçün universal arıqlama üsulu mövcud deyil, çünki insan orqanizminin reaksiyası genetik kodla müəyyən olunur.
Yekaterina Surkova açıqlamasında qeyd edib ki, DNT analizi orqanizmin maddələr mübadiləsi, yağların mənimsənilməsi və fiziki yüklənmələrə reaksiyası barədə mühüm məlumat verir:
"DNT molekulunda bədənimizin bütün funksiyalarını tənzimləyən zülallar haqqında məlumat kodlaşdırılıb. Bu, yalnız laktaza və ya qlüten dözümsüzlüyü ilə bağlı deyil. Məsələn, bəzi genlər yüksək yağlı pəhrizlərlə çəki artımına meyilliliyi göstərir. Bu genlərə sahib insanlar doymuş yağları azaltsalar, çəkiyə nəzarət etmək daha asan olur."
Mütəxəssis əlavə edib ki, bu genetik xüsusiyyətlər niyə bir nəfərin ketodieta ilə asanlıqla arıqladığı, digərinin isə eyni pəhrizlə kökəldiyini izah edir.
Eyni prinsip idman növlərinə uyğunluqda da müşahidə olunur. Surkovanın sözlərinə görə ACTN3 geni ("sprint genı") əzələlərdəki sürətli liflərin effektivliyinə cavabdehdir:
"Bu genin aktiv variantına sahib insanlar daha çox sprint və güc növlərində uğurlu olurlar. Lakin genin 'passiv' formasına malik şəxslərdə dözümlülük daha yüksək olur - bu isə marafon və velosiped yarışları üçün ideal göstəricidir."
Alim hesab edir ki, genetika arıqlama planının, idman proqramının və hətta sağlamlıq risklərinin fərdiləşdirilməsində əsas rol oynayır. DNT analizləri insanın piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəliklərinə meyilliliyini də müəyyən edə bilər.
Bioloqun fikrincə, arıqlama strategiyası hazırlamaqdan əvvəl DNT testindən keçmək, insanın öz orqanizminə ən uyğun yolu seçməsi üçün ən ağıllı addımdır.
İsmayıl Son.az
Amerikalı pop ulduz Britni Spirs bədbəxt hadisə nəticəsində xəsarət al
Genetik tədqiqatçı Orxan Xansuvarın "Teleqraf" İnformasiya Agentl
Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqəda
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Qaz xətləri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və orta
Mədə yanmasına qarşı dərmanların tez-tez və nəzarətsiz istifadəsi ba
Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına səfəri
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan R
Zaqatalanın böcəklərin hücumuna məruz qalması barədə xəbər vermişdik
Son.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 7-də Qəbələdə Azərb
Son zamanlar Balakən, Zaqatala bölgəsində evlərə və həyətlərə müxtə
