Maaşının 330 qatı bank hesabına köçən işçi istefa verdi üstəlik məhkəməni də uddu
Digərləri 08 Okt 2025 00:13:00 162 0
Çilidə qida şirkətində işləyən əməkdaşın hesabına maaşının 330 qatı miqdarda pul köçürülüb. İşçi bu səhvi gördükdən sonra vəzifəsindən istefa verib, şirkət onu məhkəməyə versə də, qalib gələn tərəf əməkdaş olub.
Bu xəbəri də oxu: Alimlər mədə xərçənginin dərmanını tapdı
Qida şirkəti Dan Consorcio Industrial de Alimentos de Chile-də ofis assistenti vəzifəsində çalışan şəxsin aylıq maaşı təxminən 500 min peso (təxminən 876 AZN) olub. Lakin 2022-ci ilin may ayında onun hesabına səhvən 165 milyon peso (təxminən 291 min AZN) köçürülüb.
İşçi vəziyyəti anlayıb şirkətə məlumat verib və İnsan Resursları bölməsi ilə görüşüb. Şirkət iddia edir ki, işçi pulu geri qaytaracağına söz verib. Amma o, üç gün sonra istefa ərizəsini təqdim edib və məsələni hüquqi müstəviyə daşıyıb.
Üç il davam edən məhkəmə prosesində şirkət rəhbərliyi işçini "oğurluq"da ittiham edib. Əgər bu ittiham qəbul olunsaydı, işçi 540 günə qədər həbs və cərimə ilə üzləşə bilərdi.
Lakin Santiago şəhərindəki məhkəmə hakimi işi rədd edib. Qərarda hadisənin oğurluq deyil, "icazəsiz ödəniş" olduğu və bu səbəbdən cinayət qanununa görə cəza tələb etmədiyi vurğulanıb.
Şirkət isə qərarla razılaşmayaraq, "Pulun geri qaytarılması üçün bütün hüquqi yolları, o cümlədən qərarın ləğvi üçün müraciət edəcəyik" bəyanatını verib.
Lalə Qüdrətova Son.az
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəyə
Son.az 8 oktyabr üçün günün qoroskopunu təqdim edir:
Xərçəng xəstəliyinin yaranmasının 90 faizi stresslə deyil, insanın həy
Xəbər verdiyimiz kimi, Hande Erçeldən iş adamı sevgilisi Hakan Sabancıda
Böyük Britaniyada aparılan və "The Lancet" jurnalında dərc oluna
2035-ci ilə qədər Bakının Baş Planının həyata keçirilməsi nəzərdə
Məşhur türk aktyoru Ali Sürmeli 41 ildir gözlərdən uzaq, təbiət qoynun
ABŞ-nin "iSeeCars" agentliyi ən dayanıqlı SUV və krossoverləri a
Lüksemburqun Baş naziri Lyus Friden, ölkəsinin Fələstin Dövlətini tanıd
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Fərid Rəsulun İtaliyada maş
105 yaşlı ABŞ sakini uzunömürlülüyünün sirrini açıqlayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika əraz
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qəbələdə Türk D
