Jurnalist Elçin Alıoğluna qarşı suiqəsd hazırlanıb
Digərləri 09 Okt 2025 10:59:00 154 0
Bakı Ağır Cinayətlər Məhkəməsində "Trend" Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, "Baku Network" analitik platformasının rəhbəri, Azərbaycanın aparıcı siyasi şərhçilərindən və beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərindən biri olan Elçin Alıoğluna qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu xəbəri də oxu: Ərinizin kim olacağını belə öyrənə bilərsiniz
Məhkəməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci (cinayətə cəhd) və 277-ci (dövlət xadimi və ya ictimai xadimin həyatına sui-qəsd) maddələri üzrə ittiham olunan Sarıcanov Abülfəzl Azər oğluna qarşı cinayət işi təqdim edilib. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Elçin Alıoğluna qarşı hücumu məqsədyönlü şəkildə hazırlayaraq, cinayətin vaxtını və detalları diqqətlə planlaşdırıb.
Bu gün hakim Səbinə Adil qızı Məmmədzadənin sədrliyi, hakimlər Eldar Hüseyn oğlu İsmayılov və Sabir Sübhi oğlu Hüseynovun iştirakı ilə keçirilən hazırlıq iclasında tərəflərin mövqeləri dəqiqləşdirilib və işin gələcək baxış qaydası müəyyən edilib.
İlkin məlumatlara əsasən, istintaq belə qənaətə gəlib ki, sui-qəsd cəhdinin motivi birbaşa jurnalistin peşəkar fəaliyyəti ilə əlaqədardır. Elçin Alıoğlu Azərbaycan əleyhinə informasiya kampaniyalarını və Bakıya qarşı yönəlmiş geosiyasi manipulyasiyaları ifşa edən analitik yazıları ilə tanınır.
Oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu
Kibertəhlükəsizlik festivalının ölkəmizin kibertəhlükəsizlik ekosistem
Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliy
Oktyabr ayı bəzi bürclər üçün yeni başlanğıcların, gözlənilməz fü
"Bu, başından yuxarı danışdığın sözün cavabı idi"
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29
Bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimai
Səba brend yenilənməsini elan edir: "Əla keyfiyyətdən mükəmməl dad
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İtkin düşmüş
"Ölkədə ən çox şikayət daxil olan elektronik əşyalar satan mağaza
Ukraynanın sabiq deputatı Vladimir Oleynik bildirib ki, prezident Vladimir Zel
2020-ci ilin noyabr ayında başa çatmış II Qarabağ müharibəsindən sonra,
Keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq
Metronun "28 May" stansiyası ətrafındakı multimodal nəqliyyat mü
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan israilli girovlar
