"iPhone"da yeni funksiya Telefonu sizin yerinizə o cavablayacaq
Digərləri 10 Okt 2025 17:00:00 139 0
"Apple iOS 26" yeniləməsi ilə "iPhone" istifadəçilərinə yeni bir təhlükəsizlik və rahatlıq imkanı təqdim edib. Yeni əlavə olunan (Call Screening) funksiyası tanımadığınız nömrələrdən gələn zəngləri avtomatik şəkildə analiz edərək, istifadəçiyə zəngin kimdən və hansı səbəblə gəldiyi barədə məlumat verir. Bu funksiya spam və avtomatik zənglərə qarşı effektiv müdafiə vasitəsi kimi nəzərdə tutulub.
Bu xəbəri də oxu: “Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib”
Son.az xəbər verir ki, yeni xüsusiyyət yalnız iOS 26 versiyasına sahib cihazlarda aktivləşir. Yeniləməni quraşdırdıqdan sonra istifadəçilər Ayarlar → Uygulamalar → Telefon menyusuna daxil olaraq "Bilinməyən Zəngləri Axtar" bölməsindən funksiyanı aktiv edə bilirlər. Burada üç seçim mövcuddur: "Heç vaxt", "Səssiz et" və ən faydalısı sayılan "Zəng səbəbini soruş" rejimi.
Bu rejim aktiv olduqda, rəhbərdə qeydiyyatda olmayan biri zəng etdikdə, Siri-yə bənzər səs avtomatik olaraq zəng edən şəxsə kim olduğunu və niyə zəng etdiyini soruşur. Cavab verildikdən sonra məlumat ekranda mətn şəklində göstərilir və istifadəçi zəngi qəbul edib-etməmək qərarını verə bilir.
İstifadəçi həmçinin hazır cavablardan birini seçə və ya öz mesajını yaza bilər - sistem həmin mesajı səsli formada qarşı tərəfə çatdırır.
"Apple" istifadəçiləri istədikləri vaxt bu funksiyanı deaktiv edə bilərlər. Arama tarama xüsusiyyəti hələlik məhdud əhatədə olsa da, gələcəkdə bütün iPhone modelləri üçün diqqətçəkici yeniliklərdən biri olacağı gözlənilir.
Fidan Son.az
"Azərbaycanfilm" kinostudiyasının rəhbər heyətində dəyişiklik
Ümumilikdə AZAL təyyarəsinin qəzası ilə bağlı vəziyyət aydındır.
8 oktyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniy
Atəşkəs elan olunduqdan və İsrail ordusu Qəzzanın bəzi hissələrindən
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respu
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı sanksiy
Xəbər verdiyimiz kimi, Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Ay bəri ba
Oktyabrın 10-da Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli
2025-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalı
Türkiyə Ali Təhsil Şurası (YÖK) universitetlərdə bakalavr təhsilinin 4
Bakı metrosunda daha bir sahədə qatarların hərəkət intervalı azaldılaca
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin
