Faizsiz kreditlər verilə bilər Mərkəzi Bankdan AÇIQLAMA
Digərləri 13 Okt 2025 10:04:00 169 0
Gələn ildən Azərbaycanda faizsiz kreditlər təqdim oluna bilər.
Bu xəbəri də oxu: Bəzi çaylardan sel keçəcək
Son.az xəbər verir ki, sözügedən kreditin bir çox müsəlman ölkələrində verilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə İslam maliyyə məhsullarının tətbiqinə hazırlıq gedir.
Bu kreditlərdən necə faydalanmaq olar?
Bu barədə Mərkəzi Bankın maliyyə sektorunun Davamlı İnkişaf departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən Azərbaycan "Halal Biznes Forumu"nda danışıb.
O, qeyd edib ki, hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra banklar müəyyən islam bankçılığı məhsullarını təqdim etməyə başlayacaqlar. Beynəlxalq təcrübə nəzərə alınaraq təhlükəsiz və mərhələli yanaşma seçilib. İlkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində İslam pəncərəsi modeli ilə təqdim olunacaq. Bu məhsulların tətbiqi üçün hüquqi və tənzimləyici çərçivənin hazırlanması mülki vergi məcəlləsi bankçılıq qanunu və digər normativ aktlara dəyişiklik üzərində işlənilir. Mərkəzi Bank bu dəyişiklikləri bank sektoruna təqdim edib.
İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, İslam bankçılığı həm vəsaitlərin toplanması, həm də verilməsi baxımından daha xeyirlidir:
"İnsanlar ora İslam şərtləri ilə halal yolla depozit yatırırlar. Sanki banka ortaq olurlar. Bura adi işçilər, pensionerlər də banka pullarını qoya bilərlər və ortaqlıq şərti ilə gəlirlərini götürürlər. Bu banklarda kiçik və orta sahibkarlar, ev almaq istəyənlər də yararlana bilər. İslam bankçılığı dünyanın 135 ölkəsində fəaliyyət göstərir. Türkiyədə bu bank aktivləri 80 milyard dollardan çoxdur. Burada vətəndaş pulu biznes məqsədi ilə alıbsa, əsas məbləğlə yanaşı, biznesdən əldə etdiyi qazancının müəyyən hissəsini də müqavilədə göstərilən müddət ərzində bankla bölüşür".
Hüseyn Son.az
Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinə təbii qazın verilişi
İsrailin Qəzza zolağında iki ildir davam edən hücumlarının ardından kri
Oktyabrın 11-i günorta saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisind
Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında Hindistanda çoxsaylı qə
Nazirlər Kabineti "Əlilliyin qiymətləndirilməsi Qaydası"na dəyi
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Müğənnilər Natavan Həbibi, Zamiq Hüseynov, Tunar Rəhmanoğlu və Nazim M
Elm insanlarının fikrincə, qidalanma vərdişində edilən kiçik dəyişikli
Venera Şir bürcünə, Mars isə Xərçəng bürcünə girərək, qeyri-adi at
Beynin müəyyən hissəsinə qan axınının qəfil dayanması və ya azalması
Muzey deyəndə çoxlarının ağlına qədim heykəllər, rəsm əsərləri və
Banan dadlı və şirin meyvədir, qəlyanaltı üçün də əla seçim sayılı
Aparılan yeni elmi araşdırma Napoleon ordusunun 1812-ci ildə Rusiyadan faci
Texnologiyanın inkişafı ilə ağıllı saatlar artıq yalnız premium seqment
