Bakıda "göydən taxta yağdı”, maşınlar zədələndi
Digərləri 15 Okt 2025 12:02:00 148 0
Bakının Nəsimi rayonunda baş verən hadisə sürücüləri çətin vəziyyətə salıb. Yol kənarında park edilmiş avtomobillərin üzərinə tikintisi davam edən binadan taxta parçaları düşüb. Nəticədə bir neçə nəqliyyat vasitəsinə ciddi zərər dəyib.
Bu xəbəri də oxu: Azərbaycanda bu avtomobillərin qiyməti ARTDI
Son.az xəbər verir ki, insident "Invest.M Construction" şirkətinə məxsus yaşayış binasının qarşısında qeydə alınıb.
Zərərçəkən sürücülərdən biri bildirib ki, avtomobilini hər zaman həmin ərazidə saxlayır. Lakin bu dəfə qayıdanda maşınının zədələndiyini görüb. Onun sözlərinə görə, dəyən ziyanın məbləği min manatdan çoxdur.
Eyni sırada park olunmuş digər bir avtomobilə də bənzər şəkildə zərər dəyib, bir çox hissələri sıradan çıxıb.
Şirkətin hüquq məsələləri üzrə nümayəndəsi Yavər Yavərzadə bildirib ki, tikinti sahəsinin hasarlarına xəbərdaredici məlumatlar yerləşdirilib və bu səbəbdən şirkət hadisəyə görə məsuliyyət daşımır:
"Məhkəməyə vermək istəyirlərsə, müraciət edə bilərlər. Məhkəmə bizi təqsirli bilərsə, biz həmin məbləği ödəyəcəyik. Amma vətəndaşlar orda qanunsuz saxlayırlar, dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq".
Zərərçəkmiş şəxslər isə məsələni hüquqi müstəviyə çıxarmaq niyyətindədirlər və aidiyyəti orqanlara şikayət etməyi planlaşdırırlar.
Asya Son.az
Parlaq yaşamaq istəyən hər kəs üçün qapılarını açan və qadın sağl
Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 3-cü rübü üçün
Rusiyada palma yağının istifadəsinə məhdudiyyət qoyula bilər.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, aka
Ermənistanda hüquq-mühafizə orqanları daha bir din xadimi, Priest Pareni sa
Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzinin ətrafınd
Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin yerləşdirildiyi xidm
Babək rayonunda tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanıl
HƏMAS-ın dörd israilli məhbusun cəsədlərini təhvil verməsindən sonra
2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan
Aparıcı Aytəkin Mərdanova rəqqasə Fatimə Fətəliyeva ilə birgə paylaş
Bu gün Xankəndi şəhərində III Milli Şəhərsalma Forumu öz işinə başl
Qazaxıstanın qərb bölgəsində şok hadisə baş verib.
Yardımlı rayonunun Şıxlar kənd orta məktəbində bir sinfin fəaliyyətin
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq
