Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı
Digərləri 15 Okt 2025 14:54:00 138 0
Prezident Adminstrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin şəxsi saytı bloklanıb.
Bu xəbəri də oxu: Azərbaycanda bu avtomobillərin qiyməti ARTDI
Son.az yenisabah.az-a istinadla xəbər verir ki, hazırda http://ramizmehdiyev.preslib.az/ domeninə giriş mümkün deyil.
Amma bunun səbəbi barədə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, R.Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən "Ramiz Mehdiyev. Elektron kitabxana" layihəsi 2018-ci ilin may ayında istifadəyə verilib.
Elektron kitabxanada R.Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri yer alırdı.
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Son.az Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prez
Hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılmas
"Survivor" yarışması ilə məşhurluq qazanan Aktyor Efecan Dianzen
Braziliyalı ulduz Neymar karyerasını İtaliyada davam etdirmək niyyətindəd
Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ qazanacağı məbləğlə müzak
49 yaşında qəfil vəfat edən Əməkdar artist Cabir İmanovun konsertlərin
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say h
Türkiyəli məşhur aktrisa Rabia Soytürkün yenicə eşq yaşamağa başlad
2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərind
Prezident İlham Əliyev "Dövlət Turizm Agentliyinin fəaliyyətinin təm
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Brazili
Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normalarının nəz
Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində ke
Prezident İlham Əliyev "Müstəqil Dövlətlər Birliyinin iştirakçıs
