Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb FOTO
Kriminal 16 Okt 2025 14:16:00 143 0
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri Gəncə şəhərində geniş konsert proqramı ilə başa çatıb.
Bu xəbəri də oxu: "Art Weekend" çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Püstə ağacı: yaddaşın kökləri” adlı multidissiplinar layihə təqdim olunacaq VİDEO FOTO
Oktyabrın 15-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konserti idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər izləyiblər.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Türkmənistanın Mədəniyyət nazirinin müavini Nursahet Şirimov** və digər rəsmi şəxslər iştirak ediblər.
Qardaş ölkənin tanınmış ifaçı və kollektivlərinin təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb. Azərbaycanın Xalq artistləri **Gülyaz və Gülyanaq Məmmədova bacıları türkmən həmkarları ilə bir səhnəni bölüşüb, iki xalqın dostluğunu tərənnüm edən mahnılar səsləndiriblər.
Konsert proqramı Nizami yurdu - qədim Gəncə elinin musiqisevərlərinə unudulmaz anlar yaşadıb. Bununla da üç gün davam edən Türkmənistan Mədəniyyəti Günləri rəsmi şəkildə yekunlaşıb.
Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən
"Xəzər TV"də yayımlanan "Zarafat bir yana" proqramı yen
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa
Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz
"Instagram"ın sahibi Meta yeniyetmə istifadəçiləri üçün təhl
Milli Məclisin deputatı Novruzəli Aslanov 16 oktyabr 2025-ci il tarixində İ
Moskvada keçirilən İkinci Dünya Müharibəsi ilə bağlı paradlarda Rusiya
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Niderla
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin
