Eldar Mahmudovun vəkilindən yayılan xəbərlərə reaksiya
Digərləri 20 Okt 2025 11:24:00 129 0
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs ehtimalı ilə bağlı yayılan informasiyalara onun vəkili reaksiya verib.
Bu xəbəri də oxu: Masallıda həkimlərə görə körpə infeksiyaya yoluxub? Açıqlama
Son.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya danışan vəkil Cavid Rzazadə bildirib ki, Eldar Mahmudovla bağlı hər hansı araşdırma və ya cinayət təqibi aparılması barədə onlara məlumat verilməyib.
Vəkilin sözlərinə görə, son günlər mediada yayılan məlumatlardan xəbərdardırlar: "Prokurorluqdan bizə belə bir məlumat daxil olmayıb. Mən şəxsin vəkiliyəm. Eldar Mahmudov hansısa istintaq orqanında dindirilsə, mütləq xəbərim olardı".
Müdafiəçi keçmiş MTN şefinin adının Ramiz Mehdiyevlə yanaşı hallandırılması barədə suala isə cavab verməyib.
Xatırladaq ki, İspaniyanın "Diario de Mallorca" nəşrinin yazdığına görə, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib. Azərbaycan Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.
Azərbaycan Baş Prokurorluğundan isə bu barədə heç bir açıqlama verilməyib.
İsrail ordusu fələstinli radikalların atəşinə cavab olaraq Qəzza zolağ
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində su ehtiyatlarının qorunması
Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Beynəlxalq Parl
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Admin
Hövsanda yerləşən çoxmərtəbəli binaların birində azyaşlı uşaq yedd
Astroloqların proqnozlarına görə, bəzi bürclər üçün payızın son gün
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Nizami Şiri
Müğənni Ofeliya Şabanova qonaq olduğu "Rəngarəng" verilişində
Yazmışdım ki, Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti barədə məlum
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Telefonlarda saxlanması və istifadəsi cinayət məsuliyyəti doğura biləcə
"20 oktyabr 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan
Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 37 və 39 ün
Boşandıqdan sonra gələn zəng 43 yaşlı kişiyə həyatının şokunu yaşa
Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlx
