Həmin ətləri yemək olmaz Dabaq xəstəliyi hansı hallarda insana keçə bilər?
Digərləri 21 Okt 2025 21:00:00 143 0
Son günlər iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Bu xəbəri də oxu: Məşhur aşpaz “Restoranlarda bu yeməyi əsla sifariş verməyin”
Son.az xəbər verir ki, dabaq xəstəliyi əsasən iri və xırdabuynuzlu heyvanlarda (məsələn, inək, qoyun, keçi kimi) yayılan yoluxucu virus infeksiyasıdır. Bu xəstəlik heyvanların ayaqlarında, ağız və dodaq ətrafında yaralar, qabıqlar əmələ gətirir, heyvanın hərəkətini çətinləşdirir, qidalanmasını əngəlləyir. Nəticədə heyvan zəifləyir və məhsuldarlıqda azalma olur.
Baytarlar bildirirlər ki, dabaq xəstəliyi sürətlə yayılma xüsusiyyətinə malikdir və vaxtında müalicə olunmazsa, heyvanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Həmçinin, xəstəliyin yayılmasının qarşısını almaq üçün heyvanların kütləvi yerlərdə toplanması məhdudlaşdırılmalıdır.
İnsanlar bu xəstəliyə yoluxa bilər?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb: "Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur. Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinilməlidirlər". Yayılan dabaq xəstəliyi ucuz dönərlərə diqqəti artırıb. Mütəxəssislər xəbərdarlıq edir ki, keyfiyyətsiz və təzəliyi bilinməyən ət insan sağlamlığı üçün risk yarada bilər. Dönər alarkən ətin rənginə, məkanın təmizliyinə və digər şərtlərə əməl etmək lazımdır.Sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənov APA-ya müsahibə v
Xəbərə video əlavə olunub. ------------ Şəki rayonunda baş verə
ATV-nin sevilən serialı "Aşk ve Gözyaşı" bu həftə kanalın yay
"Qızımın gəlinlik geyimi ilə bağlı nişanlısı, onun anası və ata
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublika
Qafqaz Müsəlmanları İdarəsi 2026-cı il Həcc ziyarəti üçün sənədlər
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiy
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı Təhlükə
Azərbaycanda toy fotoqrafiyası və videoyazma xidmətlərinin qiymətləri son
Rusiya-ABŞ sammitinin dəqiq vaxtı hələ müəyyən olunmayıb.
Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin mü
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
