Bu şəxslərin əməkhaqlarına əlavənin müddəti artırıldı
Digərləri 22 Okt 2025 10:26:00 125 0
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
Bu xəbəri də oxu: III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
Son.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2026-cı il yanvarın 1-dək veriləcək.
Əvvəl bu müddət 2025-ci il oktyabrın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində iş vaxtına mütənasib olaraq ödənilir.
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı n
"Xudat şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı"nı
Xəbər verdiyimiz kimi, ötən gün "Bakubus"a məxsus 125 saylı avt
Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət
Dünən AZAL aviaşirkətinə məxsus təyyarə uzun fasilədən sonra ilk dəf
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əs
Almaniyanın "Volkswagen" şirkəti yarımkeçirici çatışmazlığı
Baş nazir Əli Əsədovun qərarına əsasən, Elm və Təhsil Nazirliyinin tab
Xəbər verdiyimiz kimi, 20 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müd
Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş əməkdaşı cinayət məsuliyyətin
Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni HammAli ata olub.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
"WhatsApp" yaxın vaxtlarda istifadəçilərin yeni söhbətlərdə g
Xəbər verdiyimiz kimi, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində &qu
