Bu məmurlar cərimələnəcək
Digərləri 03 Mar 2025 11:15:00 438 0
İcra icraatı üzrə nağd ödəniş qadağan olunur, tələbi pozan məmurlar cərimələnəcək.
Bu xəbəri də oxu: PKKdan Türkiyə ilə bağlı vacib
Son.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, "İcra məmurları haqqında" qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun vəzifələri sırasına icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirmək daxil edilir. Ətraflı
"İcra haqqında" qanuna icra xidmətinin depozit hesabına dair yeni - 81-1-ci maddə təklif olunur. Layihəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilməyəcək. İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandıracaq və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verəcək. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.
"Nağdsız hesablaşmalar haqqında" qanuna da müvafiq dəyişiklik olunur.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 528-2-ci maddəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Son aylarda rəsmi İrəvan siyasi ambivalentlik nümayiş etdirərək bir tər
"Özünüməşğulluğun təşkili Qaydası"nda özünüməşğulluğa
Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerl
Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərindəki Qanunsuz Miqrantların Saxl
Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş
London sammiti Ukraynaya və bizim ümumi Avropanın gələcəyinə həsr olunub
Aztəminatlı ailələrin yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin
Cinayət mühakimə icraatı zamanı dövlət hesabına hüquqi yardımın göst
Məntəqə tipli cəzaçəkmə müəssisələrinin əsasında ehtiyatsızlıqdan
Penitensiar Xidmətin müəssisələrinə başçəkmələr zamanı müxtəlif ka
İl ərzində şəxsiyyət vəsiqəsi, yaşayış yeri və olduğu yer üzrə qe
Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxısta
Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahid
Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.
