Bu halda həmin şəxslərə sosial yardım verilməlidir Ombudsman
Digərləri 03 Mar 2025 11:02:17 474 0
"Özünüməşğulluğun təşkili Qaydası"nda özünüməşğulluğa cəlb edilən şəxsin aktivlərlə təmin olunmasına dair müddətlər müəyyən edilmədiyindən həmin şəxslərin müvafiq əmlakla təmin olunması bəzən bir ildən artıq müddətə uzanır.
Bu xəbəri də oxu: Vəfa Allahverdiyevanın məhkəmə zalında həbsi tələb edildi
Son.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, özünüməşğulluğa cəlb olunma barədə qərarın qəbul edilməsi səbəbindən həmin müddət ərzində bu şəxslərin məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi imkanları da məhdudlaşdırılmış olur:
"Özünüməşğulluğun təşkili Qaydası"nda şəxsin özünüməşğulluğa cəlb olunması barədə qərarın qəbul edilməsi ilə şəxsin müvafiq aktivlərlə təmin olunması arasında ümumi müddətin müəyyən edilməsi zəruridir. Bununla belə, həmin müddətlərin müəyyən edilməsi hər hansı səbəbdən mümkün olmadıqda özünüməşğulluğa cəlb olunmuş şəxsin aktivlərlə təmin olunması müddətinədək məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, bununla əlaqədar qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi vacibdir".
Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerl
Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərindəki Qanunsuz Miqrantların Saxl
Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş
London sammiti Ukraynaya və bizim ümumi Avropanın gələcəyinə həsr olunub
Aztəminatlı ailələrin yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin
Cinayət mühakimə icraatı zamanı dövlət hesabına hüquqi yardımın göst
Məntəqə tipli cəzaçəkmə müəssisələrinin əsasında ehtiyatsızlıqdan
Penitensiar Xidmətin müəssisələrinə başçəkmələr zamanı müxtəlif ka
İl ərzində şəxsiyyət vəsiqəsi, yaşayış yeri və olduğu yer üzrə qe
Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxısta
Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahid
Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.
Ukrayna məsələsində həlledici ölkə - Böyük Britaniya "qırılma n
"Bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri ABŞ administras
