“Uşağım məktəbdən müəllimlərin səhlənkarlığına görə yıxılıb”
Digərləri 23 Okt 2025 14:11:00 118 0
Anadangəlmə gözdən əlilliyi olan məktəbli təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbində pəncərədən yıxılıb.
Bu xəbəri də oxu: Qəhvə vaxtı: Səhər yoxsa günorta içmək daha yaxşıdır?
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, ciddi xəsarət alan uşaq təcili xəstəxanaya çatdırılıb.
Sözügedən uşağın atası Asim Seyidov iddia edib ki, uşaq ikinci mərtəbədən pəncərədən yıxılmazdan əvvəl yarım saat nəzarətsiz qalıb. O bu məsələdə müəllimləri ittiham edib və bildirib ki, hadisəyə səbəb uşaqlar arasında narazılıq olub: "Diqqətsizliyə, müəllimlərin səhlənkarlığına görə, uşaq özünü ikinci mərtəbədən yerə atıb, bel sümükləri qırılıb. Müəllimlər zəng vurdu ki, uşaq yıxılıb, gəlin. Müəllim gözdən əlil olduğu üçün qiymətləri şagirdlərə yazdırır. Şagird də oğlumun sinif yoldaşıdır. O biri uşaqlara "5", oğluma "2" yazıb. Oğlum da əsəbiləşib, çıxıb 2-ci mərtəbəyə".
Asim Seyidov qeyd edib ki, görmə qabiliyyəti tam və qismən məhdud olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbinin birinci mərtəbəsindəki pəncərələrdə məhəccərlər olsa da, ikinci mərtəbədə bu məsələ gözdən qaçıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin 7-ci sinif şagirdi oktyabrın 20-də ikinci mərtəbənin pəncərəsindən yıxılıb: "Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Eləcə də məktəbin Pedaqoji şurası çağrılaraq müəllimlərlə söhbət aparılıb, şagirdlərin təhlükəsizliyinin təmin olunmasına diqqətin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. O da qeyd olunub ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir".
Daha ətraflı videomaterialda:
Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilovun atmacalı
Xaçmazda yol bağlanması səbəbindən avtomobildə doğulan körpə dünyası
Xəbər veridyimiz kimi, mahnıya görə müğənnilər Mehriban Qənbərova və
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli
Bakının Qaradağ rayonunda avtomobildə partlayış olub.
"Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifad
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil mü
Ötən gün Mingəçevir şəhərində Yuxarı Qarabağ kanalında batan şəxsi
Şəmkirdə maskalanmış şəxs tərəfindən törədilən quldurluq cinayəti
2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü ola
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq qərarların
Beynəlxalq Parlamentlərarası İttifaqın (İPU) Azərbaycandan olan vitse-pre
Azərbaycanda oktyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin adlar
