Onlara xüsusi güzəşt ediləcək RƏSMİ
Digərləri 25 Okt 2025 11:30:00 100 0
2025-2026-cı tədris ilində Azərbaycan ali təhsil müəssisələrində 62 xarici tələbə təhsil alacaq. Bəs həmin tələbələrin qəbul prosesi necə həyata keçirilir? Onlara güzəşt edilirmi?
Bu xəbəri də oxu: Yük maşını restoranın içində aşdı
Son.az-ın xəbərinə görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin yerli ali təhsil müəsssələrinə (ATM) qəbulu "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında (AR) təhsil alması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli Qərarı ilə tənzimlənir.
Həmçinin, qeyd edilib ki, Əcnəbilərin yeri ATM-lərə qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az elektron platforması üzərindən mərkəzləşmiş e-müraciət xidməti ("SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service") vasitəsilə həyata keçirilir. Toyuqlu pizza
Bundan başqa, AR qanunveriliciyinə əsasən ATM-lərə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanında iştirak yolu ilə də mümkündür. Əcnəbi vətəndaşlar AR ATM-lərdində qeydiyyat zamanı seçdiyi tədris dilinə uyğun olaraq hazırlıq kurslarında, bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili, rezidentura və doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazana bilərlər. Bununla yanaşı, əcnəbi vətəndaşların yerli ATM-lərində təqaüdlü təhsili ilə bağlı bir sıra layihələr mövcuddur. Belə ki, əcnəbilər AR Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" və ya Hökümətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində də yerli ATM-lərdə təhsil ala bilirlər. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində təhsil haqqı, beynəlxalq nəqliyyat xərcləri, aylıq təqaüd, tibbi yardım (tibbi xidmət və dərman alınması), viza və qeydiyyat xərcləri qarşılanır. Həmçinin, HTP çərçivəsində qarşılıqlı razılaşma əsasında tərəfdaş ölkələrin vətəndaşları yerli ATM-lərdə tam təqaüdlə təhsil almaq hüququ qazana bilirlər.
Təhsil eksperti Kamran Əsədov "Yeni Sabah"a açıqlamasında bu prosesin detalları haqda danışıb:
"Azərbaycan ali təhsil sisteminin beynəlxalqlaşması son illərdə dövlətin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə əsas məqsəd əcnəbi tələbələrin ölkəyə cəlbidir. Son beş ildə bu sahədə əhəmiyyətli artım müşahidə olunur - 2018-ci ildə 5 min olan əcnəbi tələbə sayı 2024-cü ildə 12 mini ötüb".
Ekspert vurğulayıb ki, "Təhsil haqqında" Qanuna görə, xarici vətəndaşların təhsil hüququ yerli vətəndaşlarla bərabər təmin edilir. Onun sözlərinə görə, əcnəbilərin qəbulu Nazirlər Kabinetinin 2015-ci il 125 nömrəli qərarı ilə iki mexanizm üzrə, beynəlxalq müqavilələr çərçivəsində dövlət xətti və universitetlərlə birbaşa müqavilə əsasında həyata keçirilir:
"Dövlət xətti ilə qəbul olunan tələbələr təhsil haqqından azadolma, yataqxana və sığorta kimi güzəştlərdən yararlanırlar. 2022-ci ildən "Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərin ali təhsil almasına dair dövlət proqramı" çərçivəsində 400-dən çox tələbə dövlət hesabına təhsil alır. Müqavilə əsasında qəbulda inzibati prosedurlar sadələşdirilib: artıq universitetlərə birbaşa müraciət imkanı və "ATİS" adlı elektron qeydiyyat sistemi tətbiq olunur".
K.Əsədov Azərbaycan dilini bilməyənlər üçün birillik hazırlıq proqramlarının mövcud olduğunu da qeyd edib:
"ADA, ADPU və BDU bu sahədə nümunəvi təcrübəyə malikdir. Bəzi texniki ixtisaslarda müəyyən ölkələrdən gələn tələbələr üçün 25-50 faiz təhsil haqqı endirimi də tətbiq edilir. Sosial adaptasiya məqsədilə 2023-cü ildən "Xarici Tələbə Evi" və təcrübə proqramları icra olunur. Bu təşəbbüslər beynəlxalq tələbələrin ölkə həyatına inteqrasiyasını asanlaşdırır".
Qeyd edək ki, bu il ölkəmizdə təhsil alacaq 62 tələbə arasında 23 Çin, 11 Qazaxıstan, 4 Tacikistan, 4 Qırğızıstan və 20 Somali vətəndaşı var. Bu göstərici ötən illə müqayisədə 32 faiz artımı əks etdirir. Xarici vətəndaşlar müxtəlif ixtisaslar üzrə 14 universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Azərbaycanın kapital bazarı uzun illər ərzində bir sıra xroniki probleml
Tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin
Naxçıvanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi bağlanıb.
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının milli bayramı - Respubli
"25 oktyabr Azərbaycan tarixinin unudulmaz səhifələrindən biridi
Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edi
Oktyabr ayının son günləri bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
ABŞ Kolumbiya Prezidenti Qustavo Fransisko Petro Urreqonu (Gustavo Petro) narko
Bakıda orta yaşlı kişi motosikletçini yıxmağa cəhd edib.
Rusiyaya qarşı Ukraynadakı müharibəsinə görə tətbiq olunan sanksiyalar
Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirib.
Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarlar
25 oktyabr üçün Tarot proqnozu xəbərdarlıq edir: taleyin gücü, keçmişd
