“Ora kim təyin olunsa da, fərq etmir”
Kriminal 25 Okt 2025 13:21:00 80 0
Qurban Pirimov "Azərbaycanfilm" kinostudiyasına direktor təyin edildikdən sonra ölkədə kino sahəsindəki problemlər yenidən diqqət mərkəzinə düşüb.
Bu xəbəri də oxu: Əməkdar artist vəfat etdi FOTO
Son.az xəbər verir ki, mövzu ilə bağlı danışan Xalq artisti Rasim Balayev yeni təyinatdan heç bir gözləntisinin olmadığını deyib.
"Bu təyinatların yerini dəyişməklə heç nə dəyişməyəcək. Vəlinin yerinə Əlini qoysunlar, yenə də nəticə eyni olacaq. Əgər təyin olunan direktorun əlində real səlahiyyət, yetərli güc yoxdursa, o nə edə bilər ki? Kinomuzu dirçəltmək istəyiriksə, bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Ora kifayət qədər maliyyə ayrılmalıdır.
Mədəniyyət Nazirliyinə böyük məbləğdə vəsait verilib, amma hələ də Kinostudiyaya bir film belə sifariş edilməyib. Neçə ildir ki, Kinostudiyanın rəhbərliyini tez-tez dəyişirlər, amma nəticə yoxdur, heç bir real dəyişiklik müşahidə olunmur. Ora kim təyin olunsa da, fərq etmir. Elə bir idarəetmə strukturu yaradılmalıdır ki, ora rəhbərlik edən şəxs həmin qurumu işlədə, inkişaf etdirə bilsin. Təəssüf ki, hazırda belə bir struktur mövcud deyil".
Xatırladaq ki, təkcə ötən il Kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxmışdılar. "Azərbaycanfilm"in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi, lakin o da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.
Qeyd edək ki, yeni rəhbər Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib. O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir. /Yeni müsavat
"Övladım dünyaya gələndən 2 gün sonra infeksiyaya yoluxub. Uşağım
Məşhur idman jurnalisti Faiq Çetiner 69 yaşında dünyasını dəyişib.
Dizayner və David Bekhemin həyat yoldaşı Viktoriya Bekhem uşaq və yeniyet
Oktyabrın 27-dən noyabrın 2-dək olan həftə üçün bütün bürclərə aid
31 oktyabr-2 noyabr tarixlərində Bakıda baş tutacaq incəsənət həftəsonu
Norveç vəliəhd şahzadəsi Mete-Maritin oğlu Marius Borg Hoiby barəsində y
2026-cı ilin Dövlət Büdcəsi Haqqında Qanuna əsasən, yaşayış evini kir
Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib.
2025-2026-cı tədris ilində Azərbaycan ali təhsil müəssisələrində 62 xa
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Azərbaycanın kapital bazarı uzun illər ərzində bir sıra xroniki probleml
Tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin
