Saxta şərabı necə seçmək olar?
Digərləri 26 Okt 2025 02:02:00 87 0
Saxta şərabı ayırd etməyin üsulları açıqlanıb.
Bu xəbəri də oxu: İstirahət günü Bakıda yağış yağacaq, şimşək çaxacaq
Son.az xəbər verir ki, Rusiyanın keyfiyyətə nəzarət qurumu "Roskachestvo" şərabın keyfiyyətini müəyyən etmək üçün əsas əlamətləri açıqlayıb. Qurumun sədr müavini Yelena Saratseva bildirib ki, turş, sirkəyə bənzər qoxu və kif iyi içkinin keyfiyyətsiz və ya xarab olduğunu göstərir.
Onun sözlərinə görə, mağazalardan alınan hər bir şərab şüşəsində aksiz markası olmalıdır. İstehlakçılar bu markadakı QR-kodu oxudaraq şərabın istehsaldan satışa qədər olan yolunu izləyə bilirlər. Bu üsul məhsulun mənşəyinin qanuni olub-olmadığını müəyyən etməyə kömək edir.
Saratseva qeyd edib ki, şərabın keyfiyyəti yalnız sənədləşmə qaydalarına deyil, həm də şərabçının peşəkarlığına bağlıdır. Bəzən məhsulun dad və keyfiyyətinə təbii mantar tıxac da təsir göstərə bilər. Əgər tıxacda kif varsa, o zaman bu kif şəraba keçərək içkini oksidləşdirə və sirkəyə çevirə bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, şərabı açarkən sirkə və kif iyi gəlirsə, həmin içkini içmək olmaz. Bu, onun keyfiyyətsiz və sağlamlıq üçün zərərli ola biləcəyini göstərir.
"Əgər şərabı düzgün şəraitdə saxlamısınız, amma onu açanda kəskin turş və kif qoxusu gəlirsə, içməmək daha yaxşıdır. Belə şərab orqanizmə mənfi təsir göstərə bilər," - deyə Saratseva bildirib.
İsmayıl Son.az
Müğənni Rəqsanə İsmayılovanın arxiv görüntüləri sosial şəbəkələ
Artan rütubət və istilik quru meyvələrin qısa müddətdə xarab olmasına
Toyuğun dadını və ətrini artırmaq üçün ən çox istifadə edilən ədvi
Paytaxtın Səbail rayonu ərazisində söküntü işlərinə başlanılacaq.
Aparıcı Aytəkin Mərdanova sosial şəbəkələrdə tənqid edilib.
Musiqi və İncəsənət Mərkəzinin müəllimi iş yerində ölüb.
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horosco
İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın Əməkdar artis
Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında Fəzai
Xəbər verdiyimiz kimi, Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin
Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında Fəzai
Bu gündən heyvan bazarları bağlanır.
Xalq artisti Ağadadaş Ağayev "Təpədən dırnağa" verilişində q
Yaş artdıqca insanların çoxu eyni hissi yaşayır: "Zaman getdikcə dah
Müğənni Sevda Yahyayeva "Həftənin qonağı" verilişində həyat
